
Afrikanın adətləri çox müxtəlif və maraqlı olsa da, bəzi ənənələr qloballaşan dünyada qeyri-adi və ya şokedici kimi qəbul edilə bilər. Budur, Afrikanın bəzi unikal adətləri:
1. Mursi qadınlarının dodaq diski
Efiopiyanın Mursi tayfasında qadınların alt dodaqlarına böyük disklər taxması gözəllik və status rəmzi sayılır. Bu ənənə evlilik yaşına çatan qızlarda həyata keçirilir.
2. İkəkumun ritualı (Nigerdə)
Wodaabe tayfasında kişilər özlərini bəzəyərək rəqslərlə qadınların sevgisini qazanmağa çalışırlar. Maraqlı olan isə bu “gözəllik yarışmasında” evli qadınların başqa kişiləri seçməsi də qəbul ediləndir.
3. Ölülərlə rəqs (Madagaskar)
Madagaskarda “Famadihana” adlı ənənə var. Bu mərasimdə ailə üzvləri ölülərinin qalıqlarını çıxarır,
4. Hamar qəbiləsi
Efiopiyada məskunlaşan Hamar qəbiləsinə mənsub olan qadınlar heyvan dərisindən paltarlar geyinirlər. Burada toy adətləri olduqca qəribədir. Həmin gün gəlini yaralayırlar ki, bəyin ona qan borcu yaransın. Gələcəkdə münasibətdə hər hansı bir problem yaranarsa, kişi qadını mütləq qorumalıdır. Burada oğlanlar evlənmək istədikləri zaman 15 ölü inəyin üzərində yıxılmadan yeriməlidirlər. Əgər yıxılsalar, həm evlənmə hüququndan məhrum olurlar, həm də döyülürlər.
Mənbə: Rhino Africa
Tərcümə etdi:Aysu Salahova
