28.000 illik yunlu mamont 2011-ci ildə Sibirin daimi donmuş torpaqlarından çıxarılıb. İndi elm adamları onun DNT-sinin qismən bütöv olduğunu aşkar ediblər.

Elm adamları mamontun hüceyrələrini siça oositləri ilə təcrübədən keçirib və qeyri adi nəticə alıblar. Hüceyrələrin hələ də canlı olduğu, bölünmə prosesini getdiyi və aktivliyin qorunduğunu aşkara çıxarıblar.
Mamontların əksəriyyəti 14.000 ilə 10.000 il əvvəl məhv olsa da, tədqiqat qrupunun "Yuka" adlandırdığı bu xüsusi mamont 4000 il əvvələ qədər Şimal Buzlu Okeanın Wrangel adasında yaşamağa müvəffəq olan növlərin davamlı populyasiyasına aid idi.
Yukanın qədim hüceyrələrinin struktur DNT bütövlük əlamətləri göstərməsi kəşfi, növlərin nəsli kəsilməkdən qurtarmaq qabiliyyətini təsdiqləməsə də, elmi ictimaiyyətdə uzun müddət davam edən tədqiqat səylərini tamamlayır.
Mənbə: allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
