"Rozenhan təcrübəsi" adını professor David Rozenhandan alan bir psixologiya təcrübəsidir. Bu təcrübənin əsas məqsədi psixoloji xəstəliklərlə bağlı diaqnoz qoyma məsələlərində buraxılan səhvləri, subyektiv yanaşmaları və tamamilə yanlış qoyulan diaqnozları açığa çıxarmaq idi. (Bu barədə ətraflı məlumatı Bentropi youtube kanalından əldə edə bilırsiniz.)

Təcrübə 1973-cü ildə içində Rozenhanın da olduğu 8 nəfərlik qrupun yaradılması ilə başlayır. Seçilmiş 8 nəfər xalq arasından çıxmış sadə insanlardır: rəssam, evdar qadın, 2 tələbə və s.
Qoyulmuş plan sadədir: hər kəs onun üçün seçilmiş psixoloji mərkəzə yaxınlaşacaq və sadəcə beynində susmayan səslərdən, o səsin "boşuna, gərəksiz" kimi ifadələr səsləndirməsindən danışacaq. Qeyd edək ki, seçilmiş xəstəxanalar müxtəlif təbəqələrə xidmət göstərən, qabaqcıl və ən geridə qalmış, dövlət və özəl, universitetin psixoloji mərkəzi olması kimi müxtəlifliklərinə görə seçilib.
Təcrübənin gedişinə baxsaq, 8 adam eyni simptomlarıa 8 fərqli psixi mərkəzdə qeydiyyata düşür və xəstəxanaya alınır. Onların hər biri eyni simptomdan bəhs etsə də, fərqli-fərqli diaqnozlar qoyulur: 7 nəfərə şizofreniya, 1 nəfərə isə bipolyar pozuntu diaqnozu qoyulur.
Nəzərə alsaq ki, təcrübəçilərin heç biri əlavə qeyri-adi hərəkətlər nümayiş etmirdilər, qoyulan diaqnozlar təcrübənin amalının düzgünlüyünə təkan verirdi.
Planın davamında iştirakçılar artıq yaxşı hiss etdiklərini və səslərin kəsildiyini deyərək xəstəxanadan ayrılmalı idilər. Lakin bu mümkün olmur, iştirakçıları bir müddət, həqiqətən, psixoloji problemi olan xəstələrlə yaşamalı, onlara olan münasibəti və müalicə üsullarınş görməli olur. Xəstələrin bütün hərəkətləri onlarən problemləri ilə əlaqələndirilir və bu müalicənin gedişatına təsir göstərirdi. Onu da demək lazımdır ki, təcrübə iştirakçılarının ən sadə hərəkətləri belə şizofreniya aspektindən qiymətləndirilir və onlara müxtəlif preparatlar verilirdi.
Təcrübə bir neçə aydan sonra nəhayət ki, yekunlaşır. Rozenhan bu barədə qəzetlərdə məqalələr çap etdirir və psixoloji diaqnozların düzgün qoyulmaması ilə bağlı təcrübəsindən danışır. Bu ona uğurdan çox düşmən qazanmaqda kömək etsə də, psixologiyada bir oyanış yaratmağa kömək olur. Doğrudan da, təcrübə psixologiyada hər hərəkətin nə qədər yanıldıcı olduğunu, diaqnoz qoymağın çətinliyini və yanlış diaqnozların yanlış müalicələrə səbəb olduğunu açıqca göstərib.
Hazırladı: Səidə Abasova
