1. Athos dağı
Athos dağı 1000 ildən artıqdır ki, pravoslav din insanlarının müqəddəs mərkəzi olmuşdur. 1046-cı ildən bəri qadınların adaya girməsi qadağan edilib ki, rahiblər öz mənəvi nizam-intizamını qoruya bilsinlər. Bu qadağanın arxasında qadınların varlığının rahiblərin subaylıq andına və onların mənəvi həyatına zərər verə biləcəyi fikri dayanır. Bundan əlavə, yalnız dişi keçilərin icazə verildiyi bu müqəddəs torpaqda hətta digər dişi heyvanların adaya daxil olması qadağandır. Bu ciddi qaydalar Athos dağının müqəddəsliyini və mənəvi bütövlüyünü qorumaq məqsədi daşıyır.
2. Omine dağı
Yaponiyanın Honsyu adasında yerləşən Omine dağı UNESCO-nun Ümumdünya İrs siyahısındadır. Şinto və Buddist məbədlərinə ev sahibliyi edir.
Yalnız kişilərin girişinə icazə verilir; Qadınların dağın ruhlarını narahat edəcəyinə inanılır.
3. Okinosima adası
Fukuoka sahillərindəki kiçik Okinosima adası yalnız kişilərdən ibarət olan Şinto keşiş adasıdır. Müqəddəs sayılan bu adada müəyyən vaxtlarda yalnız kişi ziyarətçilərin sahilə ayaq basmasına icazə verilir. Qadınların adaya yaxınlaşmasına belə icazə verilmir.
4. Band-e-Amir Milli Parkı
Əfqanıstandakı Band-e-Amir milli parkı Hindukuş dağlarının yamaclarında yerləşir və təbii səddləri ilə məşhurdur. Lakin qadınların bu geniş əraziyə daxil olması qadağandır.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
