Şeytanın doğum günü yoxdur. Xristian inanclarına görə, mələklərin qurulması və şeytanın cənnətdən qovulması zaman anlayışından əvvəl baş verib.
"Lucifer" (işıq gətirən) adı ilə tanınan şeytan xristian ənənəsinə görə, mələklərin ən gözəli və ən güclüsü olub. Tanrı mələklərə insanlıq yaratma planını, insanın yaradılışını və öz oğlu İsa Məsihin insanlığı xilas etmək üçün dünyaya gəlişini açıqlayıb və Lucifer bu plana qarşı çıxıb.
Ənənə və Vəhy Kitabına əsasən, Lucifer mələklərin üçdə birini Tanrının planına qarşı çıxmağa razı salıb və buna görə də, cənnətdən qovulub. Şeytan bu hadisədən sonra "qovulmuş mələk" kimi tanınmağa başlayıb.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
