132-ci ildə Çinli astronom, mühəndis və riyaziyyatçı Zhang Heng inanılmaz bir yenilik edib. Henqin ixtira etdiyi seysmoskop yüzlərlə kilometr uzaqlıqdakı zəlzələləri yerində hiss etmədən təsbit edə bilirdi.

Zhang seysmoqrafı diametri təxminən 2 metr olan nəhəng tunc qazana bənzəyirdi. Qazanın üzərində səkkiz müxtəlif istiqaməti göstərən əjdaha fiqurları, hər bir əjdahanın ağzında kiçik bir tunc top və onun düz altında iri ağızlı qurbağa fiqurları var idi.
138-ci ildə Zhang Hengin ixtirası paytaxt Luoyangdakı məhkəmədə böyük həyəcana səbəb olub. Zəlzələ aşkar edildikdə, qərbi göstərən əjdaha topunu yerə atıb. Lakin Luoyanda heç kim təkan hiss etmədiyi üçün ixtiranın düzgün işlədiyinə inanılmayıb.
Bir neçə gündən sonra Lonq əyalətinin qərbindəki elçilər elə həmin gün orada güclü zəlzələnin baş verdiyini bildiriblər.
2005-ci ildə Zhang Hengin doğulduğu Zençjou şəhərindəki elm adamları bu qədim seysmoqrafın surətini düzəldiblər. Dörd fərqli simulyasiya edilmiş zəlzələ dalğaları ilə aparılan sınaqlarda cihaz onların hamısını uğurla aşkar edib.
Sadə, lakin təsirli mexanizm həm Qədim Çinin mühəndislik dahisini, həm də Zhang Hengin uzaqgörənliyini ortaya qoyub. Bu gün də, cihazın vaxtından çox uğur qazandığını söyləmək mümkündür.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
