Bu gün:

Həqiqətənmi İsa Məsih çarmıxa çəkilib?


İslam nəzəriyyəçisi İbn Teymiyyəyə görə, İsa peyğəmbər çarmıxa çəkilməkdən xilas olub, çünki mərhəmətli Allah onun “ölüm qədəhini yanından keçir” xahişini eşidib.

Elçisinin arzusunu yerinə yetirən Uca Allah onu çarmıxda əzablı ölümdən xilas edib və insanlar mələklərin İsanı cənnətə apardığını anlamayaraq, onun çarmıxa çəkildiyini zənn ediblər.

İlahiyyat üzrə bakalavr Vilhelm Makus izah edir: İslamda İsa peyğəmbər insan günahlarının kəffarəsi hesab olunmadığından, vaizin edamı mənasız bir qurban kimi görünür. Bundan əlavə, Allah İsanın çarmıxa çəkilməsinə icazə verməklə, insanı haqsız ittihamlardan və zülmdən xilas etməkdə acizliyini göstərmiş olur.

Yəhuda çarmıxa çəkildi

İslam tarixçisi İbn əl-Əsir də İsanın yerinə ona xəyanət edən Yəhudanın canlandırdığı başqa bir şəxsin çarmıxa çəkildiyinə inanır. Onun təfsirinə görə, Roma mühafizəçilərini peyğəmbərin evinə gətirəndə Yəhudaya əmr etdilər ki, içəri girib vaizi küçəyə çıxarsın. Onlara itaətsizlik etməyə cəsarət etməyən Yəhuda evə girdi və elə bu anda Allahın İsanı göyə qaldırdığını gördü. Gördüyü şəkildən şoka düşən Yəhuda evdən qaçdı, lakin dərhal mühafizəçilər tərəfindən tutuldu və sonra edam edildi, çünki Uca Allah ona İsanın görünüşünü vermişdi.

Mənbə: Кирилица

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et