
Qara pişik həmişə çətinliklərin simvolu hesab edilir.
Məsələn, Qədim Misirdə pişik yalnız sevinc, əyləncə və sevgi ilahəsinin təcəssümü kimi qəbul edilib. Qədim romalılar da bu heyvanlara müsbət yanaşıblar. Böyük Britaniya və İrlandiyada qara pişik hələ də uğurlar bələdçisi hesab olunur.
Avropada qara pişiklərə nifrət orta əsrlərdə cadugər ovu ilə eyni vaxtda başlayıb. Onları şeytanın köməkçiləri adlandırıblar və ehtiyatla davranmağa başlayıblar. Cadugərlərin gecələr küçələrdə qara pişik şəklində gəzdiyinə inanılıb. İnsanlar onlarla görüşün bir insan üçün xəstəlik və ya hətta ölümlə nəticələnə biləcəyinə inanıb. Hətta əsrlər keçsə də, insanlar hələ də qara pişikləri bədbəxtliklə əlaqələndirirlər və hətta “Qara pişik yolda qarşınıza çıxsa, bəxtsizlik baş verəcək” deyimini işlədirlər.
Mənbə: vesti.ru
Tərcümə etdi: Fatimə Kərimli
