Bu gün:

Bayram bəzəklərinin psixologiyaya təsiri


Bayram bəzəkləri yalnız estetik bir gözəllik deyil, həm də sosial siqnallar verir. Evlərimizin xarici görünüşü, xüsusilə, bayram mövsümündə bizim haqqında çox şey deyə bilər. Tədqiqatlar göstərir ki, bu bəzəklər təkcə sevinc yaratmaqla kifayətlənmir, həm də insanlar arasında əlaqələrin qurulmasına və qonşuluq bağlarının güclənməsinə şərait yaradır.




Bəzəklərin sosial əhəmiyyəti

1989-cu ildə Utah Universitetinin tədqiqatçıları maraqlı bir araşdırma aparıblar. Onlar iştirakçılardan müxtəlif evlərin şəkillərini dəyərləndirərək həmin ev sahiblərinin sosiallıq səviyyəsini müəyyən etməyi istəyiblər. Tədqiqatda bəzəkli və bəzəksiz evlər, eləcə də sakinlərinin qonşuları ilə münasibətləri müqayisə olunub. Nəticələr göstərib ki…


Bəzəkli evlər daha mehriban təsir bağışlayır: Milad bəzəkləri ilə bəzədilmiş evlər iştirakçılar tərəfindən daha açıq və sosial olaraq qiymətləndirilib.


Daha az sosial sakinlər üçün bəzəklər bir ünsiyyət vasitəsidir: Tədqiqat maraqlı bir nəticə ortaya qoyub. Az sosial olan ev sahibləri bəzəklərlə daha açıq və ünsiyyətcil görünüb. Bu, bəzəklərin hətta az sosial münasibətlərə malik insanlarda belə, əlaqə yaratmaq üçün bir körpü rolu oynadığını göstərir.


Mənbə:psychology today

Tərcümə edən: Fatimə Cabbarlı 

Paylaş
Şərh əlavə et