Bu gün:

Qızılgül rənglərinin mənaları


Sevdiyiniz birinə gül göndərməyi düşünürsünüz? Çoxumuz bilirik ki, qırmızı qızılgül "sevgi" deməkdir. Bəs digər rənglər nə deməkdir?

Çəhrayı, ümumiyyətlə, məsumluğu və şirinliyi təmsil etməyə meyllidir. Çəhrayının daha dərin rəngi isə minnətdarlıq xəttində daha çox məna daşıyır. Tünd çəhrayı güllər təqdir etdiyiniz hər kəs üçün uyğundur.

Narıncı güllər çox əyləncəli və canlı görünür. Bu rəng cazibə deməkdir, eyni zamanda enerjili və ruhlandırıcı rəngdir. Romantik hiss etməyə başlayan bir dostluğunuz varsa, narıncı, sarı və qırmızı arasında mükəmməl rəng seçimidir.

 Ənənəvi olaraq, ağ qızılgüllər toylarda istifadə olunur, məsumluğu, yeni başlanğıcları və həqiqəti təmsil edir. Məzuniyyət mərasimlərində ağ güllərin nümayişi də məşhurdur.

Narıncı güllər kimi, qırmızı ucları olan sarı qızılgüllər də yeni başlayan romantika üçün yaxşı rəngdir, lakin bir çox fərqli hallar üçün işləyə bilər. Axı, qırmızı və sarı arasındakı çarpaz da xoşbəxtlik və şənliyi təmsil edir.

Yaşıl güllər təbii olaraq yetişdirilmir, lakin boyanmış yaşıl rəng tez-tez yenilənmə və ya zənginliyə bərabər tutulur. Xəstəlikdən sağalmış və ya yeni karyeraya başlayan birinə vermək üçün mükəmməl bir seçimdir.

Boyanmış başqa bir rəng, mavi qızılgüllər "sirr" deməkdir. Həmçinin bu rəng nadirliyi də ifadə edir.


Mənbə: paradehomeandgarden.com

Tərcümə etdi: Nazrin Humbat


Paylaş
Şərh əlavə et