Bu gün:

İslam “Yeni ili”-25 iyun 2025-ci il


 İslam Yeni ili – ərəbcə yeni il və ya hicri yeni il kimi də tanınır – İslam təqvimində ilk ay olan Məhərrəm ayının ilk günüdür. Bu təqvimin birinci ili eramızın 622-ci ilində, Məhəmməd peyğəmbər öz səhabələri ilə Məkkədən Mədinəyə hicrət edəndə başladı.

İslam təqvimində günlər qürub çağı başlayır. İslam ili 11-12 gün qısa olduğu üçün hadisə hər il fərqli günə düşür. Ayinlər və dualar bu münasibətlə qeyd olunduğundan, Məhərrəm ayı xatırlama ayı kimi tanınır və bütün dünyada müsəlmanlar üçün müqəddəsdir. Hicri sözü hicrət mənasını verən hicri sözündən götürülüb. İslam təqviminin başlanğıc nöqtəsi miladi 622-ci ildə Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsidir.


İSLAM YENİ İL TƏQVİMİ 

622-ci il

Müqəddəs çıxış

Həcri kimi tanınan bir hadisədə müsəlman peyğəmbər Məhəmməd öz xalqını Məkkədəki dini təqiblərdən uzaqlaşdıraraq, indi Mədinə kimi tanınan Yəsribə aparır.

630-cu il

Məhəmməd peyğəmbərin dönüşü

Məhəmməd peyğəmbər 10.000 adamla doğulduğu Məkkəyə qayıdır.

638-ci il

Nəbinin ardınca

Ömər ibn Əl-Xəttab - Məhəmmədin yoldaşı və ikinci xəlifə - İslam təqvimi üçün hicranı istinad nöqtəsi kimi qəbul edir.

2002

Standartlaşdırma

Səudiyyə Ərəbistan - artıq bir neçə dəfə öz qəməri təqviminin hesablama vasitələrinə düzəlişlər edərək, yeni ayın vizual təsdiqi əvəzinə, ayın fazalarının astronomik müşahidəsinə əsaslanan sistem üzərində qərarlaşdırıb.

Mənbə:National Today
Tərcümə etdi:Səid Quliyev

Paylaş
Şərh əlavə et