Bu gün:

Keltlərin mənşəyi


Avropa tarixində iki Kelt dövrünü ayırmaq lazımdır. Birincisi, qədim Keltlər - Qədim Yunanıstanın müasirləri, Romalıların Britaniya adalarına zorla qovduğu müasirləridir. İkinci - gec dövr,İrlandiya, Şotlandiya və Uelsdə yaşayan xristian Keltlər idi. İkinci dövr Keltləri relikt etnik qrup kimi tanınırlar. Biz ilk “əsl” Avropa ədəbiyyatını Keltlərə borcluyuq: İrlandiya və Uels dastanları, Kral Artur, Tristan və İzoldanın nağılları. Müasir Qərbi Avropa sivilizasiyasının köklərini Keltlərdə axtarmaq lazımdır.

Romanın hücumu altında geri çəkilən Keltlərin bir hissəsi şimal-şərqə, şərq Baltikyanı dövlətlərə və hətta daha da irəli, Ladoqa və Oneqa göllərinə və Ağ dənizin qayalarına çata bilib.

Bu gün təxminən iki milyon insan Kelt qrupuna aid dillərdə danışır. Söhbət Brittani (Breton), Wales (Uels), Şotlandiyanın bir hissəsi (Qael) və İrlandiyanın (Köhnə İrlandiya) daxil olduğu Avropanın Atlantik sahillərində yaşayan xalqlardan gedir. Wales dili Cymric (Kelt xalqından Cymric) və ya Cumbrian (Kumbriyadan, Uels üçün orta əsr adı) adlanıb. Həmin dillər Hind-Avropa dilindən yaranan şifahi formalara şübhəsiz yaxındı. 3-cü əsrə aid ümumi mədəni ənənələr qohumluluğun sübutudur. Baxmayaraq ki, müəyyən sait birləşmələrindən asılı olaraq dilçilər iki dialekt qrupunu (R-Celtic və Q-Celtic) ayırırlar.

Məsələn, sirli sehrli strukturları bildirən terminlər kelt köklərinə malikdir: men - daş, hir - uzunluq, deməli menhir - uzun daş; krom - dairə (rus dilində "кромить" dülgər sözü var - taxta və ya kündəyi kəsmək üçün), lech - dayanan daş, kromlex - dairədə yerləşən daşlar. Avropa regionlarının sakinləri bir çox meqalit tikililərin adlarını özlərinə məlum qoysalar da, bu əzəmətli abidələrin mahir müəllifləri keltlər olub və ya onların tikintisinin “sirlərini” bilirlər. Bu strukturlar daha qədim ola bilər.

Avropa əhalisinin genetik təhlili göstərir ki, insan populyasiyalarında Kelt qalloqruplarının ən yüksək konsentrasiyası Skandinaviya, İslandiya, Finlandiya, Yuqoslaviya, Ukrayna, Almaniya və Fransadadır.

Mənbə: ukhtoma.ru

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et