
Reklam həyatımızın demək olar ki bir çox hissəsində yer alır. Bəs reklamın uğurlu olması üçün nə etməliyik?
Bəzi markalar öz məhsullarını daha çox cəlb edən etmək üçün reklam hiylələrinə əl atır. Alıcı oynanılan bu reklam psixologiyasına aldanır. Bu isə məhsulun satış statistikasını 2 qat artırır. Bəs bu məşhur hiylələr hansılardır?
Məhdud reklam təklifləri :
Reklamlar tez-tez bir məhsulun məhdud sayda və ya qısa müddət ərzində mövcud olduğunu vurğulayır. Məsələn, “Ancaq bu həftə!” və ya “Son 10 məhsul!” ifadələri müştərilərdə təcili alış qərarı vermək üçün təzyiqi yaradır. Bu da məhsulu əvəzedilməz edir.
“9” ilə bitən qiymətlər :
Məhsulların qiyməti 10.00 yerinə 9.99 AZN olaraq göstərilir. Bu, alıcıya məhsulun daha ucuz olduğunu hiss etdirir, çünki insanlar qiyməti tam rəqəm kimi deyil, sol tərəfdəki rəqəmə əsasən qəbul edirlər.
Sübutlar və təsdiqlər :
Reklamlarda məşhurların və ya təsir edən şəxslərin müəyyən bir məhsulu istifadə etdiyi göstərilir. Bu, müştərilərə məhsulun geniş qəbul edildiyini və keyfiyyətli olduğunu düşündürür.
Pulsuz təkliflər :
“Birini al, digərini pulsuz əldə et” və ya “İlkin olaraq ödənişsiz” kimi kampaniyalar müştəriləri cəlb edir. İnsanlar pulsuz məhsullara qarşı daha çox diqqətcildirlər və belə təkliflər alış-veriş motivasiyasını artırır.
“Yeni” vurğusu :
Bir məhsulun “yenilənmiş” və ya “yeni versiyası” olduğu bildirildikdə, insanlar təkmilləşdirilmiş, daha yaxşı bir məhsul əldə etdiklərini düşünürlər, bu da onlarda məhsula olan marağını daha əlçatan edir.
Mənbə: Hüriyyet
Tərcümə etdi: Dilbər Paşazadə
