
Psixoloq Jamie Cannon (MS, LPC) sağlam münasibətlərin qarşılıqlı dəstək və qayğı üzərində qurulduğunu bildirib. Onun sözlərinə görə, qarşılıqlı olmayan münasibətlərdə tərəflərdən biri özünü istifadə edilmiş və tükənmiş hiss edir. Cannon, münasibətlərin sağlam olması üçün müəyyən əlamətləri qeyd edib.
1. Bərabərlik və qərar qəbul etmə: Hər iki tərəf bir-birini bərabər hesab edir və mühüm qərarları birlikdə qəbul edir.
2. Rəqabət deyil, dəstək: Münasibət rəqabətə əsaslanmır, tərəflər bir-birinin məqsədlərini dəstəkləyir və ortaq uğurları qeyd edirlər.
3. Eyni səylə iştirak: Hər iki tərəf eyni səviyyədə əmək sərf edir və bir-birinin vaxtını dəyərləndirir.
4. Kompromis və həll: Mübahisələrdə hər iki tərəf kompromisə getməli və bir tərəf hər zaman günahı üzərinə götürməməlidir.
5. Qayğı və diqqət: Sağlam münasibətlərin təməlində qarşılıqlı qayğı və diqqət dayanır.
Cannon, münasibətlərin qarşılıqlı olmasının vacibliyini vurğulayaraq, "İki tərəfli yolda hər iki tərəf dəstək, qayğı və anlayış göstərir və alır",- deyib.
Mənbə: Psychology Today
Tərcümə etdi: Zeynəb Yunuszadə
