24media.az-ın budəfəki müsahibi psixoloq Nigar Telmanqızıdır. O, qorxu psixologiyasından danışıb. 
-Bir çox insanlar nə qədər qorxsalar da, qorxu filmlərini izləməyə meyl edirlər. Bu amilin hansı psixoloji səbəbləri var?
Psixoloji olaraq bizim bir hadisə və ya insana verdiyimiz reaksiya 3 formada özünü göstərir. Ya ondan qaçırıq, ya ona təslim oluruq, ya da onunla mübarizəyə girib özümüzə onun əksini sübut edirik( savaşmaq pozisiyası).
-Bəs insan qorxmadığını sübut etmək üçün bu addımı atırsa, nəticə daha çox necə ola bilər?
Daha çox psixoloji problemin davam etməyinə gətirib çıxarda bilər. Qorxunun səbəbini bilmədən bu cür problemlərdə üzərinə getmək davamlı həll yolu deyil. Qorxu bir istiqamətdə, məsələn, film səhnələrində aradan qalxa bilər, ancaq ona bənzər digər nüanslarda yenidən üzə çıxacaq. Fobiyaların aradan qaldırılmasında “məruz buraxma” texnikası mövcuddur, ancaq bu texnika yalnız səbəblərə dayanaqlı şəkildə tətbiq edildikdə faydalı olur. İzahsız qorxunun üzərinə getmək müvəqqəti faydadır.
-Deməli, qorxudan qurtulmaq üçün onun üzərinə getmək müvəqqəti olaraq faydalı ola bilər. Bəs bu fobiyanı tamamilə aşmaq üçün hansı üsul daha effektivdir?
Səbəbini və haradan qaynaqlandığını biləndən sonra mərhələli məruz qoyma, EMDR terapiya (göz hərəkətləri ilə məruz buraxma) və ŞEMA terapiya üsulları tətbiq edilə bilər.
Gülnisə Əfkari
