Bu gün:

Çingiz xanın məzarı ilə bağlı iddialar


Çingiz xanın məqbərəsinin yeri məlum deyil və onu yaxın vaxtlarda tapmaq mümkün deyil. Üstəlik,Monqolustanda bəzi insanlar bunun heç vaxt tapılmamasını üstün tuta bilər, çünki bu gün bəziləri Çingizi demək olar ki, dini ehtiramla qəbul edirlər.Yale Universitetinin antropologiya kafedrasının dosenti William Honeychurch bildirib ki, məzar harada olmasından asılı olmayaraq, demək olar ki, dini çalarları ilə Monqolustan xalqı üçün çox vacibdir. O, məzarın harada yerləşə biləcəyi ilə bağlı spekulyasiya etməkdən imtina edib. Ehtimallardan biri Çingiz xanın doğulduğu Monqolustanın şərqindəki Xenti vilayətində dəfn edilməsidir. Pensilvaniya Universitetinin Penn Muzeyinin Şərqi Asiya incəsənəti professoru Nensi Steinhardt:"Məncə, məzar Xenti əyalətindəki dağlardadır. Mən onun tezliklə tapılacağını düşünmürəm"- deyib. Çağdaş mənbələr Çingiz xanın məzarının harada olması və ya onun necə göründüyü barədə əsasən susur. PLOS One jurnalında 2014-cü ildə nəşr olunan araşdırmada bir qrup tədqiqatçı yazıb:"Bu məzarın fiziki görünüşünü təsvir edən heç bir tarixi və ya arxeoloji qeyd yoxdur". Tədqiqatçılar qəbri axtarmaq üçün peyk görüntülərindən istifadə etdiblər və peyk tədqiqatı Çingiz xanın məqbərəsini deyil,  müxtəlif arxeoloji qalıqları müəyyən edib. Çingiz xanın ölümündən bir müddət sonraya aid anonim şəkildə yazılmış Monqol qeydi olan "Monqolların Gizli Tarixi"də belə onun məzarı haqqında heç bir məlumat qeyd olunmuyub. Mətndə deyilir ki, həyatının bir dövründə Çingiz onu təqib edən düşmənlərdən qaçmaq üçün Xenti əyalətindəki müqəddəs dağ olan Burxan Xaldunun relyefindən istifadə edib. Mətndə Çingiz xanın dediyi sitat gətirilir: “Hər səhər Burxan Xalduna qurban kəsəcəyəm, hər gün ona dua edəcəyəm. Mənim nəslimin övladı bunu nəzərə alıb, belə etsin!". Çingiz xanın bu dağa olan yaxınlığı onun orada dəfn edilib-edilməməsi ilə bağlı suallara səbəb olsa da, indiyədək o ərazidə heç bir məzar tapılmayıb.

Tarixçi Frank McLynn onun "Çingiz Xan:Dünyanı fəth edən adam” kitabında yazır: ” O, təxminən 67 yaşında öləndə Çingiz xan və ordusu indiki Çinin şimal-qərbində Tanqutlar adlı qruplaşmaya qarşı kampaniya aparıb və bu, onun cəsədini Monqolustana qaytarmağı çətinləşdirə bilərdi. O, müasir Monqolustan sərhədindən təxminən 311 mil (500 kilometr) aralıda ola bilərdi”. McLynn yazır ki, o zaman monqolların balyalaşdırma üsulları haqqında məlumatı olmayıb və Çingiz xanın cəsədini parçalanmadan Monqolustana çatdıra bilmədiklərinə görə başqa yerdə basdırmağa məcbur olublar. Və sonda qeyd edir ki, Çingiz xanın qalıqları və məzarının Çinin şimal- qərbindəki Ordos bölgəsində olması mümkündür.

1254-cü ildən 1324-cü ilə qədər yaşamış və təxminən 17 il Çində olmuş Venesiyalı kəşfiyyatçı Marko Polo " Marko Polonun səyahətləri " kitabında Çingiz xanın dəfnində iştirak edən 20.000 insanın məzarın yerini gizli saxlamaq üçün öldürüldüyünü deyir. Polonun iddiaları Çingiz xan haqqında hekayələrdə təkrarlansa da, Polo Çingiz xanın ölümündən sonraki, Çingiz xanın nəvəsi Xubilay xanın Polonu məmur təyin etməsi kimi iddiaların doğruluğu müasir tarixçilər tərəfindən müzakirə edilir. Beləliklə, Polonun Çingiz xanın məzarı ilə bağlı məlumatının doğru olub-olmadığı da bilinmir.


Mənbə:Live Science

Tərcümə etdi:Fidan Şahbazlı



Paylaş
Şərh əlavə et