Bu gün:

Papua Yeni Qvineya qəbiləsi-Asora Mudmen


Mudmen kimi də tanınan Asaro xalqı, Papua Yeni Qvineyanın Şərq dağlıqlarından olan yerli qəbilədir. Onlar unikal mərasim maskaları və ənənəvi Sing Sing mərasimləri ilə məşhurdurlar.Asarolar adlarını aldıqları Asaro çayının yaxınlığında kiçik icmalar şəklində yaşayırlar. İcma çayın hər iki tərəfində yaşayan bir neçə qəbilə və çoxsaylı qəbilələrə bölünür, onların çoxu hələ də ənənəvi şəkildə yaşayır. Qəbilələrin ləhcəsi təcrid olunmuş yaşayış yerlərinə görə əhəmiyyətli dərəcədə fərqlənə bilər. Asaro qəbiləsi Papua Yeni Qvineyanın kiçik bir hissəsində rast gəlinən Kainantu-Qoruka dil ailəsinin bir hissəsi olan Dano ləhcəsində danışır. Holosas adlanan Asaro'nun məşhur Palçıq Maskaları onların mədəni irsinin əhəmiyyətli bir hissəsidir. Rəvayətə görə, qonşu qəbilə bir dəfə dinc Asaroya hücum etmək istəyəndə onlar qaçıb yaxınlıqdakı Asaro çayında gizləndiblər. Nəhayət ortaya çıxanda bədənləri çay yatağından ağ gil və boz palçıqla örtülüb. Düşmənləri onları ruh hesab edib və çaşqınlıq içində qaçıblar. Asarolar bu qorxudan istifadə edərək, döyüşdən qaçmaq üçün bir vasitə kimi istifadə etdiblər, çaydan palçığa bürünüblər. Düşmənlərini dəf etmək üçün gildən, daşlardan və digər təbii materiallardan dəhşətli maskalar yaratdıblar.

Asaro xalqı Papua Yeni Qvineyada bir çox yerli icmalar arasında ənənəvi həyatın görkəmli xüsusiyyəti olan Sing Sing mərasimləri vasitəsilə mədəni irsini qeyd edir. Bu mərasimlər müxtəlif qəbilələri və qəbilələrin üzvlərini bir araya gətirir. Daha sonra onlar öz ənənəvi rəqslərini, mahnılarını və mürəkkəb geyimlərini nümayiş etdirir. Rəqslər nağara və digər ənənəvi alətlərin döyülməsi ilə müşayiət olunan mürəkkəb hərəkətlər və jestlər vasitəsilə cəmiyyətin tarixindən, miflərindən və əfsanələrindən bəhs edir. Oxu-oxuma mərasimləri və ənənəvi rəqslər Asaro xalqının mədəni kimliyini və irsini qoruyub saxlamaqda, bilikləri, dəyərləri və ənənələri nəsildən-nəslə ötürməkdə mühüm rol oynayır.

Öz unikal adət və ənənələrinə əlavə olaraq, Asaro xalqı kənd təsərrüfatında, xüsusən də onların pəhrizlərində əsas qida olan şirin kartofun yetişdirilməsində bacarıqları ilə tanınır. Asarolar torpağı, hava şəraitini və yetişdirdikləri bitkiləri dərindən dərk edirlər ki, bu da onlara ildən-ilə bol məhsul yetişdirməyə imkan verir. Onlar təbiətə və torpağa dərin hörmət bəsləyirlər və əcdadlarının ruhlarının ətrafdakı təbiət aləmində yaşadığına inanırlar.


Mənbə: Tribes World

Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et