
“Slenderman" 2009-cu ilin iyununda “doğulduğu “ gündən şəhər əfsanəsi olub.
Hekayə o vaxtdan bəri Halloween geyimlərindən tutmuş video oyunlarına və sənədli filmlərə qədər hər şeyi əhatə edib. İddialara görə, bu, həm də yetkinlik yaşına çatmamış qızları sinif yoldaşlarını bıçaqlamağa ruhlandırıb.
2009-cu ildə “Something Awful” veb forumu istifadəçiləri gündəlik fotoşəkilləri paranormal şəkildə redaktə etməyə çağıran bir müsabiqə keçirib.
Knudsen yeni yaradılmış "Slenderman" obrazının arxa planda gizləndiyi uşaqların iki qara-ağ fotosunu göndərib. Knudsen daha sonra “Know Your Meme” saytına qeyd edib ki, onun bu xarakteri yaratmaqda niyyəti motivasiyaları daha doğrusu, mimikaları çətin başa düşülən və ümumi əhali arasında iğtişaş və terrora səbəb olmaq olub. Knudsen personajı qeyri-adi dərəcədə hündür, arıq, sifəti olmayan bir insan kimi təsvir edib.
Bir çox digər uydurma personajlardan fərqli olaraq, Slendermanın tək bir yaradıcısı yoxdur.
Buna görə də onun rəsmi kanonu yoxdur: onun görünüşü, motivləri və bacarığı hekayəçidən asılı olaraq dəyişir. Slenderman pop mədəniyyətində o qədər məşhur bir fiqura çevrilib ki, bir çox insanlar Halloween üçün qorxunc uydurma varlıq kimi geyinməyə qərar veriblər. Məşhur Minecraft oyununda Endermen adlı 3 blok ölçülü simvol var. Onlar uzun, arıq bədənlərinə və oxşar adlarına görə Slendermanla müqayisə edilib.
31 may 2014-cü ildə iki qız - o vaxt 12 yaşında olan Morqan Qeyzer və Anissa Veyer, iddiaya görə, 11 yaşlı sinif yoldaşlarını Qeyzerin evinin arxasındakı meşəyə gətiriblər.
Deyilənlərə görə, iki qız sinif yoldaşlarını 19 bıçaq zərbəsi vurublar. Onu Slendermanı sevindirmək məqsədi ilə qurban verdiklərini deyiblər. Qurban meşədən keçən velosipedçi tərəfindən xilas edilib. 19 bıçaq yarasından ikisi əsas orqanlara dəyib, bir yara isə əsas arteriyanı bir millimetrdən az keçib. Altı gün xəstəxanada yatıb. O sağ qalıb.
Kütləvi axtarışdan sonra iddia edilən hücumçular tutulub. Məmur qızların çantalarından birində bıçaqlanma zamanı istifadə olunduğu güman edilən bıçaq tapıb.
2014-cü ilin avqustunda Qeyzerə uşaqlıqdan başlayan şizofreniya diaqnozu qoyulduqdan sonra məhkəmə qarşısında dayanmaq iqtidarında olmayıb.Sonra, 2014-cü ilin dekabrında, cütlüyün mühakimə olunmaq üçün səlahiyyətli olduğuna qərar verilib.
İki şübhəli "ruhi xəstəlik və ya qüsur səbəbiylə günahkar olmadıqlarını" etiraf ediblər. Bildirilib ki, Qeyzer həmçinin Harri Potter seriyasından Voldemort da daxil olmaqla uydurma personajlarla danışdığına inanıb. İki illik hüquqi döyüşlərdən sonra Viskonsin apellyasiya məhkəməsi qismən cinayətin qəsdən törədildiyini göstərən əlamətlərə əsaslanaraq, Qeyzer və Veyer-in yetkinlik yaşına çatmış kimi mühakimə olunacağına qərar verib.
Prokurorlar bildiriblər ki, Qeyzer və Veyer yəqin ki, Slendermana kimisə qurban etsələr, personajın qızların ailələrinin həyatını xilas edəcəyinə və cütlüyü "Slenderman malikanəsində” yaşamağa dəvət edəcəyinə inanıb. Onlar ruhi xəstə olduqları səbəbindən son illərdə azadlığa çox yaxındırlar.
Bu personajla bağlı olaraq, bir ananın mətbəxdə 13 yaşlı qızı tərəfindən hücuma məruz qaldığı iddia edilib.
"Biz onun yazdığı şeyləri tapdıq və o, Slendermana istinad etdi" özünü tanıtmaqdan imtina edən ana, Cincinnati xəbər stansiyası WLWT-yə söyləyib.
CBS News Crimesider tərəfindən əldə edilən cinayət şikayətinə görə, hücumçu olduğu iddia edilən şəxs Slendermanı razı salmaq üçün anasına hücum etdiyini söyləyib.
Bu arada, Slendermanın populyarlığı artmaqda davam edir. Slendermandan ilham alan dram serialı olan " Marble Hornets"in YouTube səhifəsinin yüz minlərlə abunəçisi var.
Tərcümə etdi: Aysu Əsgərzadə
Mənbə: CBS
