Louis B. Mayer Hollivudlu dostları ilə birlikdə yeni yaranan bahalı həmkarlar ittifaqlarını cilovlamaq və gələcəkdə bu cür başqa birliklərin (Aktyorlar və Rejissorlar) yaranmasının qarşısını almaq üçün Kino Sənətləri və Elmləri Akademiyasını (AMPAS) yaradıb. Hollivud sənayesindən 38-ə yaxın üzv AMPAS-a üzv olub və təşkilatın kino sənayesinin istedadlarının nümayişi ilə yanaşı tanınması üçün üzvlər tədbir təşkil etməyi və Hollivudun müxtəlif qurumlarına mükafatlar təqdim etməyi planlaşdırıblar.
İlk Akademiya Mükafatları (Oskar) 1 avqust 1927-ci ildə Hollivud Ruzvelt Otelinin Çiçək Otağında 250 qonağın iştirakı ilə baş tutdu və 15 mükafat cəmi 15 dəqiqə ərzində təqdim olundu. 1920-ci illərin sonlarında CSIT-in MGM kollecindən Lui B.Mayer Hollivudda studiya tikinti birliklərinin formalaşmağa başlamasından çox narahat idi və bu,onları işə götürməyi çətinləşdirirdi. Mayer şəxsən onun kimi böyük bir prodüser üçün yeni çətinliklərlə məşğul olmağı səmərəsiz hesab etdib, həm də onun şəxsi tikinti layihəsi məhz bu səbəbdən təhlükə altında olub. O, başa düşüb ki, həmkarlar ittifaqının yaradılmasından sonrakı nəticələr kino sənayesindən başqalarını öz həmkarlar ittifaqını yaratmağa təşviq edəcək.

Buna görə də o, dostları ilə birlikdə 1927-ci ildə Kino Sənəti və Elmləri Akademiyasını (AMPAS) yaradıb. Yeni yaranan təşkilatı qanuniləşdirmək və kino sənayesinin istedadlarını nümayiş etdirmək üçün isə Akademiya Mükafatlarını yaradıblar.
Mənbə:Quora
Tərcümə etdi:Fidan Şahbazlı
