Bu gün:

Taylor Swift-in "Eras" Turu


 

Taylor Swift-in "Eras" turu musiqi tarixində ən böyük və ən təsirli hadisələrdən birinə çevrilib.

20 aylıq bu möhtəşəm tur 5 qitədə, 53 şəhərdə keçirilir və 149 konserti əhatə edib. Bu tur təkcə musiqi ilə məhdudlaşmayıb, həm də mədəniyyət və iqtisadiyyata təsir göstərir. İqtisadi baxımdan turun, milli gəlirlərə və hətta kiçik bizneslərin inkişafına böyük təkan verdiyi bildirilib. Bundan əlavə, tur boyunca "mini-zəlzələlər" qeydə alınır və bir çox rekordlar qırılıb.

"Eras" turu yalnız musiqi həvəskarlarını deyil, geniş ictimaiyyəti də özünə cəlb edib. Tur zamanı Swift 3 yeni albom təqdim edib, musiqi dünyasında yeniliklərə imza atıb və tamaşaçılarını unikal təcrübələrlə sevindirib. Bu tur onun pərəstişkarlarını birləşdirən və böyük bir cəmiyyətin formalaşmasına səbəb olan mədəni bir hərəkat kimi yadda qalıb.

Swift turu "indiyə qədərki ən qeyri-adi həyat mərhələsinin sonu" olaraq adlandırıb. Təkcə musiqi ilə deyil, həm də performans, emosional əlaqə və pərəstişkarlarla xüsusi bağ yaratmaq baxımından bu tur qeyri-adi təcrübə təqdim edib.Turu ziyarət edən tamaşaçılar geyimlərindən tutmuş iştirak etdikləri interaktiv təcrübələrə qədər tədbirin bir hissəsinə çevrilib, bu isə onları sadəcə izləyici olmaqdan çıxarıb tədbirin bir parçası edib.

Turun uğuru o qədər böyük olur ki, hətta dünya liderlərinin belə diqqətini cəlb edib. Bəzi ölkələr Swift-in bu turu ilə öz iqtisadiyyatlarını stimullaşdırmaq üçün onu ziyarətə dəvət edib. Bundan əlavə, bu tur musiqi sənayesində yeni standartlar müəyyənləşdirir və tamaşaçıların konsert təcrübəsini daha da yüksəldib.

Taylor Swift-in "Eras" turu sadəcə bir musiqi hadisəsi yox, həm də qlobal miqyasda mədəniyyət, emosiyalar və birlik hərəkatı olur. Musiqi dünyasını kökündən dəyişən bu tur uzun illər boyunca unudulmayacaq.

Mənbə: BBC

Tərümə edən: Fatimə Cabbarlı 



Paylaş
Şərh əlavə et