Əlbəttə, hər qadının özünə mənsub gözəlliyi, gözoxşarlığı, cazibəsi var. Lakin dünyanın ən məşhur modelləri arasında modellik sahəsində böyük naliyyətləri olan, qlobal səviyyədə tanınmış bir neçə model var.
Naomi Kempbell – 1990-cı illərin məşhur supermodellərindən biridir. O, qara dərili model olaraq sənayedə böyük bir təəssürat yaradıb və modellikdə ikonik bir ada çevrilib.

Kate Moss – İngilis model, öz gözalıcı üslubu və “heroinic chic” (xəstə, solğun görünüş) tərzi ilə moda dünyasında inqilab yaradıb. Uzun illərdir məşhurluğunu qoruyan bir simadır.

Bella Hadid – Hazırda modellik dünyasında ən çox tanınan modellərdən biridir. Bella bir çox beynəlxalq moda evlərinin simasıdır və sosial mediada böyük izləyici kütləsinə malikdir.

Kendall Jenner – Reality TV ulduzu olaraq məşhurlaşsa da, Kendall modellik sahəsində öz yerini möhkəmləndirib. O, “Viktoria Sekret”, ”Chanel”, “Dior” kimi məşhur brendlərlə işləyib və Forbes siyahısında ən çox qazanan modellərdən biri kimi qeyd olunur.

Jizel Bündhen – Braziliyalı model olan Jizel, dünyanın ən yüksək maaş alan modellərindən biri olaraq tanınır. O, bir çox məşhur brendlə işləyib və 2000-ci illərdə Viktoria Sekretin əsas üzlərindən biri olub.

Tərcümə etdi : Dilbər Paşazadə
Mənbə : Forbidden, Britannica
