Samuray fəlsəfəsi hələ də dünyada mövcudluğu qoruyur və bir çox insana təsir edir. Bəs, samuray fəlsəfəsi nədir? Meiji restorasyonu nə edir? Samuraylar nə zaman yox oldular?

Samuray mədəniyyəti saysız əsərin mövzusu olmuş və fəlsəfələri ilə hələ də bir çox insana dərindən təsir edən qədim bir soylu əsgər təbəqəsidir. Uzun illər Yaponiyada təsirli olan bu təbəqə Yaponiyanın qərbləşməsi nəticəsində yox oldu. Var olduqları dövrə uduzan samuraylar, artıq yalnız populyar mədəniyyət, ədəbiyyat və sənət əsərlərində yer alıb.
Samuraylar kimdir?
19-cu əsrin 2-ci yarısına qədər yaponların torpaq bütövlüyü yox idi, klanlar və ya şoqunlar şəklində siyasi və inzibati həyatlarını davam etdiriblər. Samuraylar bu müharibələrin ən vacib və güclü təbəqəsi olaraq yer alırdılar. Onlar öz ağalarına xidmət edirdilər.
Eramızdan əvvəl 660-cı ildə "Ölümsüz Savaşçı" adı ilə tanınan Cimu Tenno bir qəbilənin başına keçərək Tenno və öz qəbiləsi ilə birlikdə Yamato bölgəsinə yerləşdilər. Koreya və Çinə edilən səfərlər nəticəsində texnologiya və müharibə sənətindən təsirləndilər. Tarixdə ilk şoqun və imperator Keyikodur. General və imperator titulunun birləşməsi olaraq təsvir edilə bilər. Samuraylığın çıxış nöqtəsi də buradan gəlib.
Boşin Müharibəsi samuraylar üçün sonun başlanğıcı kimi təsvir edilib. İmperator Meyiji'nin 3 fevral 1866-cı ildə taxta çıxması, Yaponiyanın feodal bir cəmiyyətdən liberal iqtisadiyyata keçişinin başlanğıcıdır. 1868-ci ilin yanvarı köhnə şoqunların məğlub edildiyi Boşin Müharibəsi, imperatorun bütün qüvvələri öz əlində saxladığının sübutudur. 3 yanvar 1868-ci ildə restorasiya başlayıb. Nəticədə bundan sonra orduda Avropalaşma prosesi başlayıb.
Mənbə: haberler365
Tərcümə etdi: Sona Osmanova
