Bu gün:

Yapon Halloween ənənələri: Yokayi


Yokayi nədir?

Yōkayi (cadu mənasında "yō" və sirli "kai" sözlərinin birləşməsi) Yapon ənənələrinə əsaslanan qaranlıq məxluqlardır. Yapon lüğətlərindən biri olan Kojiendə Yokayi insan anlayışına zidd olan fenomen və ya qəribə bir məxluq kimi təyin edilib: bir canavar. Hər hansı bir adi və ya qeyri-adi hadisənin nəticəsi Yokayinin hərəkətləri ilə əldə edilir. Bu inanc Yapon mədəniyyətində o qədər geniş yayılıb və kök salıb ki, Yokayi bu gün də izah olunmayan hadisələrin səbəbi olaraq görülməyə davam edib.

Yokayi necə yaşayır? 

Yokayinin reallıqla ölümdən sonrakı həyat arasındakı xətt üzərində mövcud olduğu və ümumiyyətlə, təkliyə üstünlük verdiyi düşünülüb. Bəzi Yokayilər Yaponiyanın ən qədim dini olan Şintoizmdə müqəddəs sayılan dağlar, meşələr və çaylar kimi təbii mühitlərdə yaşayıblar. Digərləri Tsukumoqami kimi gündəlik əşyalarda, köhnə qablarda və nəqliyyat vasitələrində məskunlaşan ruhlarda təzahür edərək insan həyatı ilə qarşılıqlı əlaqə qurmağı seçiblər. Yokayi gün batımında, gün işığı qaranlığa çevrildikdə görünür və xüsusilə, boz və yağışlı günlərdə kölgələrə qarışmağı xoşlayırlar.

Neçə növ Yokayi var? 

Yapon mədəniyyətində və ənənəsində Yokayilərin dəqiq sayını müəyyənləşdirmək çox çətindir. Onların sayı çoxdur və müəyyən formalarda olur. Bəzi Yokayi heyvanlara bənzər xüsusiyyətlərə malikdir, digərləri insanlara bənzəyir. Maraqlıdır ki, hətta cansız cisimlər də Yokayi hesab oluna bilər və Yokayilərın heç bir fiziki görünüşü ola bilməz.

Mənbə: skalarchives

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et