Bu gün:

Əsmər estetikası:media standartları və reallıq


Gözəllik insanın şəxsiyyətini tamamilə əks etdirməsə də, cəmiyyətin onun haqqında ilk təəssüratını şəkilləndirir. Əsmər insanların təbii estetikası hər zaman diqqət çəkib. Ancaq medianın tez-tez formalaşdırdığı gözəllik standartları bəzən təbii müxtəlifliyi unudaraq vahid anlayışa gətirib çıxarır. Bu yazıda əsmər estetikaya diqqət yetirəcək, medianın bu sahəyə təsirini araşdıracağıq.

Çox vaxt Qərb mədəniyyəti mediada gözəllik anlayışını müəyyən edir. Tarix boyu çətinliklərə baxmayaraq, əsmər

insanların estetik və düzgün təmsil olunması uzun müddət arxa planda qalıb. Məsələn, Qərb filmlərində çox vaxt açıq dərili aktyorların dominantlıq etdiyini görmək olar. Bu, əsmər insanlara qarşı bir çox stereotiplərin formalaşmasına şərait yaradıb.

Son illər media bu istiqamətdə dəyişikliklərə səy göstərərək, fərqliliyi vurğulamağa başlayıb. Fərqli mədəniyyətlərin təmsil olunması əhəmiyyət kəsb edir. Əsmər insanlar artıq daha tez-tez filmlər, reklamlarda və moda şoularında yer alırlar.

Dünya mədəniyyətlərində əsmər insanların gözəllik anlayışını şəkilləndirdiyi çoxlu nümunələr var. Məsələn, Hindistanın Bollivud sənayesi əsmər aktyor və aktrisaların gözəlliyini daim vurğulayır. Həmçinin, Şərq mədəniyyətlərində qara göz və qara saç gözəlliyin simvolu hesab olunur.

Azərbaycan cəmiyyətində də əsmər insanlar çox vaxt təbii gözəlliyin nümunəsi kimi qəbul edilir. Bədii əsərlərdə və xalq mahnılarında bu tür gözəllik tez-tez tərənnüm olunur.

Media həm stereotipləri gücləndirə, həm də onlardan azad olmağı təşviq edə bilər. Uzun müddət əsmər insanlar "ikincidərili" kimi təqdim olunsa da, son dövrlərdə bu yanaşma dəyişərək daha çox inklüzivliyə meyillidir. Sosial media bu baxımdan müxtəliflik anlayışını irəli sürərək, gənclərin özünü qəbul etməsini asanlaşdırır.

Medianın insanlarda formalaşdırdığı standartlar çox vaxt özünəinam problemlərinə yol açır. Əsmər insanlar çox vaxt mediada kifayət qədər təmsil olunmadıqlarına görə, öz gözəlliklərini sual altına ala bilərlər. Buna baxmayaraq, düzgün təmsilçilik və pozitiv mesajlı kampaniyalar bu tendensiyanı dəyişdirməkdədir.

Əsmər estetikası medianın formalaşdırdığı standartları təkrardan düşünməyi tələb edir. Medianın daha çox müxtəliflik təbliğ etməsi, əsmər insanların təbii gözəlliyinin və dəyərinin daha geniş şəkildə qəbul olunmasına kömək olacaq. Hər bir insanı gözəl edən onun təkrarsızlığıdır və bu mülahizə medianın ön planda saxlamalı olduğu əsas ideyalardan biridir.

Mənbə: Onedio

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et