Qara ölüm kimi də tanınan vəba 1347-1352-ci illərdə Avropanı viran qoyan və təxminən 25-30 milyon insanın ölümünə səbəb olan vəba epidemiyası idi.

Birə gəmiriciləri üzərində daşıdığı xəstəlik ilk dəfə Orta Asiyada yaranıb və monqol döyüşçüləri, tacirləri vasitəsilə Krıma yayılıb. Qara dənizdən çıxan Genuya ticarət gəmilərində siçovullardan daşınan vəba İtaliya vasitəsilə Avropaya daxil olub. Təsirə düşən qalan ərazilərdə əhalinin 30% -50%-ə qədərinin vəbadan öldüyü güman edilib. Ölənlərin sayı o qədər çox idi ki, orta əsrlər Avropa cəmiyyətində bunun ciddi nəticələri oldu. Kifayət sayda fermerin olmaması təhkimçiliyə son qoyulması tələblərinə, hakimiyyətin ümumi sorğulanmasına, üsyanlara və bir çox şəhərlərin, kəndlərin təmamilə tərk edilməsinə səbəb oldu. Avropanın vəbadan əvvəlki vəziyyətinə qayıtması təxminən 200 il çəkdi.
Vəba, bacillus bakteriyalarının yaratdığı bir xəstəlikdir və parazit birə tərəfindən gəmiricilər, xüsusən də qəhvəyi kanalizasiya siçovulları üzərindən daşınır və yayılır. Üç növ vəba var və hər üçü çox güman ki, "Qara Ölüm" kimi təsvir edilən vəba epidemiyasında iştirak edib. 14-cü əsrdə ən çox yayılan epidemiya olan bubon vəbası qoltuqaltı və bədənin bəzi bölgələrində, yəni limfa düyünlərdə şiddətli şişkinliyə səbəb olub və iyrənc qara rənginə görə "Qara Ölüm" adını alıb. Digər simptomlara şiddətli temperatur və oynaq ağrısı daxildir. Bubon vəbası müalicə olunmazsa, xəstəliklərin 30%-75%-i, ümumiyyətlə, 72 saat ərzində ölümcül olur. Vəbanın digər iki növü, ağciyər və ya septisemik vəba isə bütün hallarda ölümcül olur.
İnsanlara təsir edən ölümcül vəba yeni bir hadisə deyildi. 5-ci əsrin ortalarında ortaya çıxan şiddətli epidemiya Aralıq dənizi bölgəsini və Konstantinopolu dağıtdı. 1347-ci ilin Qara Ölümü, ehtimal ki, Qara dənizdəki Kefe'dən üzən dörd Genuya taxıl gəmisini mühasirəyə alan siçovullar tərəfindən Siciliyadan Avropaya yayılıb. Liman şəhəri, tatar monqolları ilə mühasirəyə alınıb, onlar yoluxmuş cəsədləri atıblar ki, italyanların vəbaya yoluxmasının səbəbi bu olub. Xəstəliyin başqa bir mənşəyi İpək Yolundan istifadə edən monqol tacirlərinin vəbanı ilk dəfə göründüyü Orta Asiyadan gətirmələri idi. 2011-ci ildə aparılan genetik tədqiqatlarda Çin xüsusi olaraq bu xəstəliklə əlaqəli idi.
Mənbə: worldhistory
Tərcümə etdi: Sona Osmanova
