Onlardan biri meşədə qrupa rəhbərlik edib, biri hərəkətdə olan avtobusun içərisində idi, digəri isə peşəkar alpinist kimi dırmanışda idi. Onların hamısını birləşdirən yeganə şey naməlum şəkildə yoxa çıxmaları idi. Bu üçbucaqdakı 5 nəfərin hamısı eyni sonu yaşadı.

Əsrarəngiz hadisələrin yaşandığı bölgənin uzun müddətdir ətrafda yaşayanlar tərəfindən təhlükəli göründüyü ifadə edən amerikalı yazıçı Sitro, “Buradakı qızıldərili qəbilələrin də qəribə hadisələr yaşadığı üçün dağlıq ərazidən uzaqlaşdıqları deyilir” deyib. "Benninqton üçbucağı" adlandırılan ərazidə rəsmi qeydlərə görə ilk itkinin 1945ci ildə yaşandığını deyən Sitro, detallarının təəccüblü olduğunu düşündüyünü deyib.
Sitro, 74 yaşında bir bələdçi olan Midi Rivers'in heç bir iz buraxmadan itkin düşməsinə qarşı belə deyib:
Meşəni və ətrafı yaxşı tanıyan bir bələdçinin heç bir iz buraxmadan itkin düşməsi və bir daha tapılmaması olduqca qəribədir."
Midi Rivers-dən bir il sonra hələ də hadisənin ən böyük itkin hadisəsi kimi qiymətləndirilən 18 yaşındakı Paula Velden-in də eyni bölgədə sirli şəkildə yoxa çıxdığını qeyd edən Cosep A. Sitro deyib:
"1 dekabr 1946-cı ildə Bennington kollecinin tələbəsi, qırmızı bir palto geyərək meşə yaxınlığında bir yürüyüşə çıxdı və bir daha geri dönmədi. Paulanı tapmaq üçün böyük bir insan ovuna başlandı.Bu hadisə baş verəndə mən hələ doğulmamışdım, amma anam mənə bu hadisəni bütün detalları ilə danışmışdı. Minlərlə insan onu axtarırdı. Bu hadisə əyalətdə o qədər diqqət çekdi ki, Velden itkin düşdükdən sonra rəsmi orqanlar axtarış-xilasetmə briqadalarını gücləndirmək məcburiyyətində qaldılar.
Bundan itkidən sonra necə bir hadisələr yaşansa da, Benninqton üçbucağının sirri hələ də açıqlanmadı.
Mənbə: Onedio
Tərcümə etdi: Sona Osmanova
