Bu gün:

Rəqs etməyin faydaları


Bir çox insanlar bunu dərk etmir, amma rəqs təkcə fiziki deyil, həm də ruhi sağlamlıq üçün yaxşıdır. 


Mütəxəssislər qeyd edirlər ki, rəqs edərkən təsəvvür ediləndən daha çox struktur iştirak edir. Təkcə dayaq-hərəkət sistemi deyil, bütövlükdə beyin də işləyir. Çünki onun vəzifəsi diqqətli olmaqdır. Xüsusən, hərəkətlər öyrənilirsə, hərəkətləri təkrarlamaq, ritmi, sinxronluğu saxlamaq və s diqqət tələb edir. Rəqs zamanı musiqinin qavranılması, bədənin koordinasiyası, əzələ sistemi, vizual qavrayış, toxunma hissi və məlumatın eşitmə qavrayışına cavabdeh olan beynin müxtəlif sahələri eyni vaxtda iştirak edir.


Rəqs dərsləri müsbət emosiyalar və həzz gətirir, həmçinin rəqs salonundan və ya səhnədən kənarda insanın özündə toplaya biləcəyi mənfi emosiyaları ifadə etməyə kömək edir. Bu mənada rəqsin müalicəvi təsiri ola bilər.


Mənbə:dzen.ru

Tərcümə etdi:Fatimə Kərimli

Paylaş
Şərh əlavə et