Bu gün:

NASA-nın "Aya qayıdış" planları təxirə salınıb


ABŞ Aeronavtika və Kosmos Agentliyi (NASA) Aya dönüş layihəsi olaraq tanınan "Artemis Proqramı" çərçivəsində planlaşdırılan tarixlərin təxirə salındığını açıqlayıb. Buna səbəb kimi Orion kosmik kapsulunda aşkar edilən texniki problemlər göstərilib.

Gecikmə səbəbləri;

NASA rəhbəri Bill Nelson mətbuat konfransında bildirib ki, 1972-ci ildən bəri ilk ekipajlı Ay missiyası olan "Artemis II" proqramının tarixi 2026-cı ilin aprelindən sonraya, Ay səthinə eniş planı olan "Artemis III" missiyasının tarixi isə 2027-ci ilə qədər təxirə salınıb.

Nelsonun sözlərinə görə, bu gecikmələrin əsas səbəbi 2022-ci ildə "Artemis I" missiyası zamanı ekipajsız uçuş həyata keçirən Orion kapsulunun Yerə dönərkən istilik qalxanında yaranan problemlərlə bağlıdır. "Astronavtlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Bu səbəbdən Orion kapsulunun təhlükəsizliyindən tam əmin olmaq üçün əlavə vaxta ehtiyacımız var", – deyə Nelson vurğulayıb.

Artemis proqramının məqsədləri;

NASA "Artemis Proqramı" ilə astronavtları Ayın cənub qütbünə göndərməyi planlaşdırır. Bu ərazidə raket yanacağı və içməli suya çevrilə biləcək qiymətli su buzu yataqlarının olduğu güman edilir.

Proqramın ilk mərhələsi olan "Artemis I" 2022-ci ilin dekabrında uğurla tamamlanıb. Növbəti mərhələ olan "Artemis II" zamanı astronavtların Aya enmədən Yerə qayıtmaları nəzərdə tutulur. Lakin Orion kosmik gəmisinin təhlükəsizliyinə dair narahatlıqlar, astronavt kostyumları və eniş maşınları ilə bağlı problemlər səbəbindən bu missiya 2025-ci ilin sonuna qədər təxirə salınıb.

NASA Aya dönüş planları ilə əlaqədar riskləri dəyərləndirmək üçün genişmiqyaslı testlər keçirməkdə davam edir. Bu testlər Orion kapsulunun astronavtlarının təhlükəsizliyini təmin etmək üçün tam hazır olmasını təmin edəcək.


Mənbə: Trt Haber

Tərcümə etdi: Gülçin Abdullayeva


Paylaş
Şərh əlavə et