Bu gün:

Qəbul və öhdəlik terapiyası nədir?


Qəbul və öhdəlik terapiyası (İng: "Acceptance and Commitment Therapy") psixoterapiyaya nisbətən yeni bir yanaşmadır və psixoloji çevikliyin inkişafına diqqət yetirir. Steven C. Hayes və onun komandası tərəfindən hazırlanmış bu üsul koqnitiv davranış terapiyalarına (CBT) oxşar təməllərə əsaslansa da, ənənəvi terapiyalardan fərqli olan unikal prinsiplərə malikdir. ACT-nin məqsədi fərdlərə emosional və intellektual təcrübələrini onlardan qaçınmaq əvəzinə qəbul edərək daha mənalı və dəyər yönümlü həyat yaşamağa kömək etməkdir.

Qəbul və öhdəlik terapiyasının əsas prinsipləri fərdlərin həyatla münasibətlərinin yenidən qurulmasına əsaslanır. Bu yanaşma insanların duyğu və düşüncələrini basdırmaq əvəzinə qəbul etmələrini və sonra öz dəyərlərinə uyğun hərəkət etmələrini hədəfləyir. ACT altı əsas prinsipə malikdir: qəbul, idraki dissosiasiya, indiki məqama diqqət, dəyərlərin müəyyən edilməsi, iddialılıq və özünü hiss etmək. Bu prinsiplər bir araya gəldikdə, insanın həyatın çətinliklərinə qarşı daha dözümlü münasibət bəsləməsinə imkanı verir.

Məsələn, qəbul etmə prinsipi fərdin bu düşüncələrlə mübarizə aparmaqdansa, onları olduğu kimi qəbul etməsinə əsaslanır. Bu, fərddə yükdən azad olmaq hissi yaradır. Koqnitiv dissosiasiya düşüncələri sadəcə zehni proseslər kimi görmək qabiliyyətini təmin edir. Bu proses fərdlərin neqativ düşüncələrlə eyniləşməsinin qarşısını alır. Diqqətini indiki məqama yönəltmək insana keçmiş peşmançılıqlardan və gələcəklə bağlı narahatlıqlardan qurtulmaqla indiki anı tam yaşamağa kömək edir.

Qəbul və öhdəlik terapiyasının əsas prinsipləri fərdin özü və ətrafı haqqında qavrayışını dəyişdirərək həyatın bütün sahələrində məna yaratmasına kömək edir. Bu prinsiplərin tətbiqi fərdin təkcə simptomlarla deyil, həm də həyatın ümumi çətinliklərinin öhdəsindən gəlmək qabiliyyətini artırır.

Qəbul və öhdəlik terapiyası geniş spektrdə təsirli olan bir yanaşmadır. Depressiya, narahatlıq, travma sonrası stress pozğunluğu və obsesif-kompulsif pozğunluq kimi psixi pozğunluqlarda təsirli olduğu sübut edilmişdir. Bundan əlavə, xroniki ağrı və maddə asılılığı kimi fiziki və davranış sağlamlıq problemlərinə də tətbiq edilə bilər.

Xüsusilə, xroniki ağrılı xəstələrdə ACT-nin əsas yanaşması ağrıları tamamilə aradan qaldırmaqdansa, ağrı ilə mənalı bir həyat sürməyi öyrətməkdir. Məsələn, ağrılarını etiraf edərək, bir fərd vəziyyəti həyatının dəyərli aspektlərinə diqqət yetirməsinə mane olmayan bir şəkildə idarə edə bilər. Eyni şəkildə bu yayılma iş yerindəki stressin idarə edilməsindən tutmuş ailə müalicələrinə qədər müxtəlif kontekstlərdə istifadə olunur.

Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et