
Mu qitəsi 14 min il əvvəl batdığı deyilən əfsanəvi bir sivilizasiyadır. Deyilənə görə, Mudan ayrılanlar Atlantis kimi sivilizasiyalar yaradıb. Mu qitəsi Tibetə vəzifə yerinə yetirmək üçün gedən, daha çox dünyanı gəzən və özünü tədqiqata həsr edən zabit Ceyms Çörvadı Tibetdə apardığı araşdırmalara əsaslanıb. Çörvard Mu haqqında 5 kitab yazıb. Çörvard bildirib ki, o, Mu sivilizasiyasını Tibetdə tapdığı qədim lövhələrdən götürüb. O, bu lövhələrin sirrini 12 ilə öyrəndiyi Naqa Maya dili ilə açdığını bildirib.
Deyilənə görə, Mu qitəsi Asiya və Amerika qitələri arasında idi və Avstraliyadan qat-qat böyük idi. Çox böyük bir sivilizasiya olan Mu sivilizasiyası təxminən eramızdan əvvəl 12000 -ci illərdə bir fəlakət nəticəsində dağılıb.
Elm, Mu mədəniyyətinin bir əfsanə olduğunu qəbul edib. Bunun səbəbi, qitələri təşkil edən qayaların (Silisium/Aluminium) fizika qanunlarına əsasən, okeanın dibini təşkil edən qayaların (Silisium/Maqnezium) üzərində üzmə hadisəsidir və hələ də okean üzərində Mu qitəsini təşkil edə biləcək hər hansı bir qayaya rast gəlinməyib.
Mənbə: Onedio
Tərcümə etdi: Sona Osmanova
