Elm inanılmaz dərəcədə yüksək nailiyyətlər əldə edən insan fəaliyyətidir. Elmi metod üzərində tədqiqatların aparılması bu uğurlu fəaliyyətləri reallaşdırmaq cəhdidir.
Sistemli müşahidə və təcrübə, induktiv və deduktiv əsaslandırma, fərziyyə və nəzəriyyələrin formalaşdırılması və sınaqdan keçirilməsi çox vaxt elmin xarakterik xüsusiyyətləri kimi təsvir edilən fəaliyyətlərdəndir. Bunların təfərrüatlı şəkildə necə həyata keçirildiyi çox fərqlidir. Lakin bu kimi xüsusiyyətlər elmi fəaliyyəti qeyri-elmidən (elmdə bu “demarkasiya problemi” adlanır) ayıraraq məhdudlaşdırmaq yolu kimi baxılmışdır.
Elmi metod bilik, proqnoz və ya nəzarət kimi elmin məqsəd və məhsullarından fərqləndirilməlidir. Metodlar bu məqsədlərə çatmaq üçün vasitələrdir. Metodlara nəzarət etmək üçün metodik qaydalar təklif olunur. Bu qaydalara uyğun gələn metodların verilən dəyərlərə uyğun olub-olmaması meta-metodoloji sualdır. Nəhayət, metod müəyyən dərəcədə metodların tətbiq olunduğu təfərrüatlı və kontekstual təcrübələrdən ayrıdır. Bu fərqləri tanımaq vacib olsa da, onların sərhədləri aydın deyil. Buna görə də metodun təsvirini onun metodoloji və meta-metodoloji motivlərindən və ya əsaslandırmalarından tamamilə ayırmaq olmaz. Metodların müəyyən edilməsində hər bir tərəf də mühüm rol oynayır. Beləliklə, metodla bağlı fikir ayrılıqları detallar, qayda və meta-qayda səviyyələrində qorunur.
Son yarım əsrdə elmi metod müzakirələrini ən çox formalaşdıran məsələ bizim nə qədər plüralist (İng: “pluralist”) olmağımızdır. Unifikasiyaçılar elm üçün vacib olan metoddan yapışmağa davam edir. Nihilistlər isə radikal plüralizm tərəfindən formalaşır ki, bu da kontekstə həssaslıq səbəbindən hər hansı metodoloji reseptin effektivliyini təkbaşına izah edə bilməz. Buna görə də elmi təcrübədə təcəssüm olunan metodlarla bağlı bir qədər orta dərəcədə plüralizm məqsədəuyğun hesab olunur.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova