Bu gün:

Atlantis: Su altına batmış köhnə bir mədəniyyət


Bu gün turistlərin üstünlük verdiyi məşhur yerlər arasında Santorini, Krit, Azor və Sardiniya kimi adalar var. Ancaq bu yerlərin bir ortaq xüsusiyyəti də var: hamısı, qədim sivilizasiya Atlantidanın yerləşdiyi bölgə kimi tanınır.

Atlantis bəlkə də bu dünyanın zamana qarşı gələn ən önəmli sirlərindən biridir. Tarix boyu bir çox tarixçi, filosof və arxeoloq onun varlığı barədə düşünərək araşdırmalar aparıb. Atlantida, gerçəkdə mövcud olan və faciəvi bir sonluqla bitən böyük və qabaqcıl bir sivilizasiya olub, yoxsa sadəcə təxəyyülün məhsuludur? Bu sual hələ də cavabsız qalır. 

Atlantida ilk dəfə məşhur yunan filosofu Platonun “Timey” və “Kritias” dialoqlarında qeyd olunub. Bu dialoqlarda kainatın yaranması, insanların təbiəti və dövlət quruluşu haqqında danışılır. Platonun dialoqlarında Atlantidanın "Herkules sütunlarının o tərəfində" (Cəbəllütariq boğazının o biri tərəfində) yerləşdiyi bildirilir. Lakin indiyə qədər bu bölgədə Atlantidanın varlığını təsdiq edən heç bir arxeoloji tapıntı tapılmayıb. Bu inkişaf etmiş sivilizasiya, xüsusilə dənizlərdəki hökmranlığına görə qüdrətli olmuşdur.

Mütərəqqi hüquqi və siyasi sistemə əsaslanan, zəngin cəmiyyətdən ibarət, möhtəşəm sarayları, nəhəng gur bağları, qüdrətli ordusu və qabaqcıl mühəndislik təfərrüatlarına malik olan Atlantida bütün dünyanı fəth etmək arzusunda idi. Onların ən böyük qüsuru əxlaqi cəhətdən pozğun və təkəbbürlü bir cəmiyyət olmaları olub. Onların düşdüyü bu mənəvi çöküş onların sonunu gətirdi və tanrılar tərəfindən cəzalandırılmalarına səbəb oldu. Bu böyük sivilizasiya bir gecə okeanın dibinə çökdü və tarixdən silindi.

Mənbə: Evrim ağacı 

Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et