Bu gün:

Vəhşi heyvanların alkoqollu həyatları


Nə qədər təəccüblü görünsə də, alkoqol təbiətdə, heyvanlar arasında geniş yayılıb və təkamül prosesində mühüm rol oynayıb.

Trends in Ecology & Evolution jurnalında 2024-cü ilin oktyabrında dərc edilən araşdırma icmalı müəyyən edib ki, etanol - spirtli içkilərin aktiv tərkib hissəsi - təbiətə dair hər yerdə, böcək və quşlardan gəmiricilərə və meymunlara qədər müxtəlif növlər tərəfindən müntəzəm olaraq istehlak edilir.

Araşdırma əsasən tropik iqlimli ərazilərə uyğun hazırlanıb. Məqalədə əsasən Mərkəzi Amerika və Cənub-Şərqi Asiya kimi tropik bölgələrdə aparılan araşdırmalara istinad edilir ki, burada maya və bakteriyalar meyvə və nektardakı təbii şəkərləri isti günəşdə etanola fermentləşdirirlər.

Buna baxmayaraq təkcə tropik iqlimdə yox, Finlandiya kimi şimal ölkələrində də belə hadisələrə geniş rast gəlinir. Giləmeyvələr şaxtalı soyuqda donur və zədələnir. Qızmar günəş qayıdanda isə qıcqıraraq fermentləşir və onunla qidalanan quşlarda "sərxoşluq" müşahidə olunur.

Meyvə və nektarla qidalanan heyvanlar orta hesabla daha çox etanol qəbul edirlər, onların bir çoxu buna dözmək üçün təkamül yolu ilə uyğunlaşmalar göstərir.

Mənbə: atlas obscura
Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et