Bu gün:

Narsistik şəxsiyyət pozğunluğu nədir?


Narsisistik şəxsiyyət pozğunluğunun simptomları heyran olma ehtiyacı və empatiya olmaması ilə xarakterizə olunan psixi sağlamlıq vəziyyəti, özünü şişirtmə hissi, daimi diqqət istəyi və münasibətlərdə çətinlikdir. Narsisizm şəxsiyyət xüsusiyyəti olsa da, münasibətlərə təsir etdiyi üçün peşəkar müdaxilə tələb edir.

Belə insanlar başqalarının duyğularını anlamaqda da çətinlik çəkirlər. Bu pozğunluğu olan fərdlərin yüksək özünə hörməti olmasa da, onların hüquq hissi var.

Narsissizmin səbəbi bilinmir, çünki bir çoxları narsisistik düşüncələrini və ya davranışlarını gizlədirlər. Araşdırmalara görə, ABŞ-da insanların təxminən 0,5%-5%-i narşizmə malik ola bilər. Bu pozğunluğu olan insanlarda tapılan ümumi davranış nümunələrindən bəzilərinə başqalarının heyranlığına ehtiyac, həddindən artıq özünə əhəmiyyət hissi və başqalarına qarşı empatiya olmaması daxildir.

Narsisizm əlamətləri:

Narsisizm bir spektr pozuntusudur və buna görə də onun simptomları və şiddəti dəyişə bilər.

Başqalarını tez-tez incitmək

Münasibətləri saxlamaqda çətinlik çəkir

Özlərini birinci yerə qoymaq

Həddindən artıq dəyər hissinə sahib olmaq

Həmişə "haqlı" olduqlarını hiss etmək

Eqoist olmaq və özləri haqqında danışmağı xoşlayırlar

Diqqət və heyranlıq arzusu

Bu insanlar yalnız dəyərli hesab etdikləri insanlarla ünsiyyət qurmalı olduqlarını düşünürlər.

Qabiliyyətlərini və nailiyyətlərini şişirtmək

nailiyyətləri ilə öyünmək

qeyri-real məqsədlər qoymaq

Geniş, sürətli əhval dəyişikliyi yaşayır

Nəyin bahasına olursa, olsun qalib gəlməyə çalışmaq

Sərhədsiz uğur, pul, zəka, gözəllik, sevgi və güc haqqında fantaziyalar

Mənbə:NTV

Tərcümə etdi:Səma İsmayılova

Paylaş
Şərh əlavə et