Bu gün:

Portağallar həmişə narıncı olmayıb


Portağal deyəndə ağıla ilk olaraq narıncı rəng gəlir. Lakin bu məşhur meyvə tarixən və bəzi bölgələrdə tamamilə fərqli rəngdə olub. 

Əslində, portağalların narıncı rəngə malik olması iqlimdən və onların yetişmə şəraitindən asılıdır.

 Cənub-Şərqi Asiyada portağallar əvvəlcə yaşıl rəngdə olub. Bu meyvələr mandarin və pomelon qarışığından yetişdirilib. Tropik bölgələrdə, məsələn, Vyetnam və Taylandda yetişən portağallar, günəş işığının və sərin havanın çatışmazlığı səbəbindən tam narıncı rəng olmur və hətta yetişdikdən sonra da yaşıl qalır.

 Portağalların narıncı rəng alması əsasən subtropik iqlimlərdə müşahidə olunub. Bu bölgələrdə gecələr temperaturun aşağı düşməsi meyvənin qabığında olan xlorofili parçalayır, nəticədə yaşıl rəng yox olub və yerinə narıncı rəng yaranıb. Bu səbəbdən, Avropa və Şimali Amerika kimi daha soyuq iqlimlərdə yetişən portağallar parlaq narıncı rəngdə olur.

Portağalın rənginə təsir edən amillərdən biri də onun saxlanma və yetişmə prosesidir. Tropik bölgələrdən yetişdirilən yaşıl portağallar bəzən satışa çıxarılmadan əvvəl süni üsullarla narıncı rəngə çevrilib. Bu da onların alıcıların gözündə daha yaxşı görünməsini təmin edib.

Portağalın rəngi onun dadına və keyfiyyətinə təsir etməsə də, bu fakt meyvələrin necə müxtəlif şəraitdə fərqli şəkildə inkişaf edə biləcəyini göstərib. Beləliklə, narıncı rəngli portağalların hər yerdə standart olmadığını bilmək bu sevilən meyvənin maraqlı tarixini daha dərindən anlamağa imkan verir.

Mənbə: Savit.in

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et