
Təxminən 66 milyon il əvvəl bu nəhəng canlıların əksəriyyəti Yer səthindən yoxa çıxdı. Dinozavrların nəslinin kəsilməsi ilə bağlı bir çox fərziyyə irəli sürülüb, lakin elmi olaraq ən çox qəbul edilən səbəb böyük bir asteroid zərbəsidir.
Bu hadisə günəş işığının qarşısını aldı və “nüvə qışı” kimi tanınan iqlim fəlakətinə səbəb oldu. Fotosintez dayandı və qida zənciri əsasən dağıldı.
Vulkanik Fəaliyyət: Dinozavrların yox olmasına kömək edən başqa bir ehtimal Hindistandakı Deccan Traps bölgəsində baş verən kütləvi vulkan püskürmələri idi.
İqlim Dəyişiklikləri: Təsir və vulkanik fəaliyyətlərdən başqa, dinozavrların yaşadığı dövrdəki uzun müddətli iqlim dəyişiklikləri də bu məhvə yol açmış ola bilər. Qlobal temperatur dəyişiklikləri və dəniz səviyyəsinin dəyişməsi dinozavrların yaşayış yerini daraltdı və onların ekosistemlərini pozdu.
Dinozavrların nəsli nə vaxt yox oldu?
Dinozavrların əksəriyyəti təqribən 66 milyon il əvvəl yoxa çıxdı. Dinozavrlar dünya tarixinin ən təsirli və ən uzun ömür sürən canlılarından bir idi. Onların məhv olması planetimizin dinamik təbiətini və həyatın təkamülünün nə qədər kövrək ola biləcəyini ortaya qoyur. Bu hadisə həm də bugünkü biomüxtəlifliyin necə formalaşdığını anlamaqda mühüm dönüş nöqtəsidir. Dinozavrlar haqqında hər yeni kəşf onların füsunkar dünyasını daha yaxşı anlamağa kömək edir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
