
Çox güman ki, Milad gələndə nadinc uşaqları qorxudan keçi kimi heyvan Krampus haqqında eşitmisiniz. Əfsanəyə görə, cin yaramaz uşaqları budaqlar və çubuqlarla döymək ilə məşhurdur və hətta onları cəhənnəmə sürükləyir və ya bəzən yeyir. Krampus bayram günlərində uşaqları qorxudan yeganə məxluqdan uzaqdır.
Şotlandiyanın Hebrid adasında yerləşən İslay adasında uşaqlar Crom Dubh na Nollaig və ya "Miladın Qaranlıq Əyri Biri" adlı fiqura diqqətli olmalı idilər. Crom Dubh, İrlandiya bütpərəst tanrısı olan Crom Cruaich ilə əlaqələndirilir. Crom Cruaich məhsuldarlıq tanrısı kimi tanınırdı, lakin insan qurbanları və digər şeytani ayinlərlə də əlaqəli hesab edilirdi.
Xristianlığın İrlandiyaya gəlişi zamanı, Müqəddəs Patrik bu əfsanəvi fiquru məğlub etdiyi barədə rəvayətlər mövcuddur. Bu zəfər hər il iyulun son bazar günü və ya avqustun ilk bazar günü keçirilən Crom Dubh bazar günü ilə qeyd edilir.
Mənbə: Mental Floss
Tərcümə etdi: Ayxan Cəfərov
