
Bu xüsusiyyətlər tam olaraq dahiliyin sinonimi olmasalarda,çoxluqla yüksək İQ-ya sahib insalarda rast gəlinir.
1. Öz-özüylə danışmaq
İnsanın özü ilə qurduğu dialoq hər zaman psixiki problem sayıla bilməz. Əksinə, bu intelekt göstəricilərindən biridir. Və çox qəribə görünsə də, araşdırmalar nəticəsində alimlə bu qənaətə gəliblər ki, insanın özü ilə dialoq qurması diqqəti toplamağa və güclü yaddaşa səbəb olur.
2. Xəyal qurmaq
Öz xəyal aləmində yaşamaq hər zaman fikirsizliyin göstəricisi deyil, eyni zamanda bu insan beyninin yaradıcılıq yönümündə işlədiyinin göstəricisidir.
Xəyal qurmağı bacara bilən insanların yaradıcı fəaliyyəti daha zəngin olur və problemləri kreativ şəkildə həll edə bilirlər.
3. Tənhalıq sevgisi
Dünyadaki ən tanınmış sənət əsərləri, elmi işlər məhz tənhalıqda yaranıb. Və çox vaxt intelektual insanlar introvert olurlar. Bunun səbəbi isə tənhalıqda zəhnin daha çox analiz edə bilməsidir.
4. Kitab sevgisi
Kitablar- bilik mənbəyidir. Kitablardan biz həm informasiya ala bilirik, həm də lüğətimizə yeni sözləri əlavə edə bilirik. Oxumaq isə xeyal gücünü artırır və konsentrasiyanı gücləndirir.
Mənbə: Steinvard
Tərcümə etdi: Fatimə Umarbəy
