Bu gün:

Osmanlı dövründə sultanların həccə getməməsinin səbəbi nə idi?


Osmanlı sultanlarının həccə getməməsinin səbəbləri birbaşa imperiyanın siyasi və hərbi quruluşu ilə bağlıdır. Həcc ziyarəti Osmanlı İmperiyasının ilk dövrlərindən çox uzun bir proses idi.

19-cu əsrə qədər həcc ziyarətinə gedib qayıtmaq üçün təxminən doqquz ay lazım idi. Bu qədər uzun müddət taxt-tacın boş qalması sultanlar üçün ciddi təhlükə yaradırdı. Mümkün taxt-tac mübarizələri, düşmən hücumları və imperiyanın idarəçiliyindən uzaqlaşma ehtimalı sultanların paytaxtı tərk edə bilməməsinə səbəb oldu.

 Osmanlıdan əvvəl türk dövlətlərində hökmdarların həcc ziyarətinə getməsi adi bir adət deyildi. Qəznəvilər, Qaraxanlılar, Səlcuqlular və Moğol sülalələri kimi bir çox türk dövlət hökmdarları siyasi səbəblərdən həcc ziyarətinə getmədilər. Lakin ziyarətə gedə bilməmək müqəddəs torpaqlara sədaqət əlaməti olmaqdan əl çəkmək demək deyildi. Sultanlar onun yerinə nümayəndələr göndərməklə dolayı yolla ziyarəti təmsil etməyə çalışırdılar. Hətta sultanların saçları belə bu işi öz üzərinə götürdü. Sultanların fiziki olaraq həccə getməsələr də, saçlarını göndərmək kimi çox xüsusi bir adətləri var idi. Baş bərbər sultanın saçını ehtiyatla kəsər, bu saç gümüşü çanaqda yuyular və buxurla çəkilərdi. Sonra möhürlənmiş siyircəyə qoyularaq “surre” adlanan rəsmi ziyarət karvanına çatdırılırdı. Əmanətlər əvvəlcə Məkkəyə, sonra isə Mədinəyə və Hz. Məhəmmədin qəbrinin yanında bir yerdə dəfn olunardı. Bu ənənə sultanların müqəddəs torpağa mənəvi bağlılıqlarını göstərmək üçün simvolik bir yol idi.

Osmanlı tarixində həcc ziyarətinə gedən yeganə sülalə üzvü Fateh Mehmedin oğlu Cem Sultandır. Cem Sultan atasının ölümündən sonra taxt uğrunda mübarizədə məğlub olaraq Məmlük Sultanlığına sığınır. Məmlüklər Cem Sultana hörmət göstərərək Məkkəyə getməsinə icazə verdilər. Cem Sultan anası və arvadı ilə həcc ziyarətinə gedib, nəticə olaraq, bu adəti icra edən sülalədə yeganə şəxs olmuşdur. Osmanlı sultanları və şahzadələri həcc ziyarətinə gedə bilmədikləri halda, sülalədən olan qadınların bu mərasimi yerinə yetirməsi daha asan idi. Siyasi səlahiyyətləri olmadığından həcc ziyarətinə gedən qadın sülalə üzvləri heç bir təhlükə yaratmırdı.

Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et