
Tarix boyu bəşəriyyət sağlamlıq problemlərinin həll yollarını axtararkən yaradıcı, ancaq çox vaxt qorxulu yollara əl atıb.
1. Qanaxma və zəlilər
Qədim Yunanıstanda, Misirdə və Avropada xəstəliklərin “dörd yumor”un balanssızlığından qaynaqlandığına inanılıb. Həll yolu artıq qanı çıxarmaq idi. Bu proses üçün zəli və ya damar kəsilməsinə üstünlük verilib. Qan alma baş ağrısından tutmuş epilepsiyaya qədər hər şeyin dərmanı hesab olunub. Ancaq bu üsul tez-tez xəstələri zəiflədib.
2. Arsenik müalicə
Arsenik dəri gözəlliyi üçün istifadə edilən məşhur bir "dərman" idi. Lakin bu ölümcül maddə baş ağrılarının və müxtəlif xəstəliklərin müalicəsində də özünə yer tapıb. Qadınların arsen istifadə edərək dərilərini ağartmağa çalışması gözəllik naminə sağlamlığın necə diqqətdən kənarda qaldığını göstərir.
3. Siçan yapışdırılması
Qədim misirlilər diş ağrılarını aradan qaldırmaq üçün əzilmiş siçanlardan hazırlanan pastalardan istifadə ediblər. Daha inkişaf etmiş bir təcrübə bütöv siçanları yaralara yerləşdirmək idi. Bu üsul hətta Elizabet dövründə İngiltərədə məşhur idi. Bununla belə, infeksiya riskini artırdığı açıq-aydın görünüb.
4. Öd qəbulu
Müxtəlif xəstəliklər üçün it, mal-qara və balıq öd mayelərindən istifadə olunub. Bununla belə, öd qəbulu tez-tez ürəkbulanma və digər yan təsirlərə səbəb olur. Müasir elm sübut edib ki, öd terapiyasının çox mənası yoxdur.
5. Hemiqlossektomiya (Dil kəsimi)
1700 və 1800-cü illərdə nitq pozğunluqlarını müalicə etmək üçün dilin bir hissəsini kəsmək olduqca geniş yayılıb. Lakin bu üsul nitq problemlərini həll etmək əvəzinə xəstələrin həyat keyfiyyətini aşağı salıb. Bu gün bu prosedur yalnız xərçəng kimi ciddi hallarda həyata keçirilir.
6. Diş saqqızının kəsilməsi
1500-cü illərdə fransız cərrah Ambroise Pare diş çıxarma prosesini asanlaşdırmaq üçün körpələrin diş ətlərini kəsməyin zəruri olduğunu müdafiə edib. Lakin infeksiyaya və ölümə səbəb olduğu üçün zamanla bu üsuldan imtina edilib.
7. Malyariyanın müalicəsi
1920-ci illərdə avstriyalı həkim Julius Wagner-Jauregg malyariyadan istifadə edərək sifilisi müalicə etməyə çalışıb. O, hətta bu üsulla Nobel mükafatı da qazanıb, lakin xəstələrin 15%-i müalicə zamanı dünyasını dəyişib. Vaqner-Jaureqin nasist ideologiyasını və yevgenik baxışlarını dəstəkləməsi də onu etik cəhətdən mübahisəli bir şəxs edib.
8. “Sempatiya tozu” ilə şəfa
XVII əsr Avropasında bəzi həkimlər “simpatik sehr” adlanan üsulla müalicə aparıblar. Bu üsul yaranın özünə deyil, yaraya səbəb olan silaha məlhəm və ya sarğı tətbiq etməkdən ibarət idi. Nəzəriyyəyə görə, bu, yaranın daha tez sağalmasına imkan verəcəkdi. Ancaq gözlənildiyi kimi, bu üsul heç də təsirli olmayıb.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
