Bu gün:

Yeni İl üçün film tövsiyələri


2025-ci ili evdə ailəniz və dostlarınızla film izləyərək qeyd etmək istəyirsinizsə, bu siyahıda bir-birindən maraqlı filmlər tapa bilərsiniz:

1. "Home Alone" (1990)

IMDb: 7.7

Səkkiz yaşlı Kevin tətildə evdə tək qalır və iki hiyləgər oğruya qarşı öz evini qorumaq məcburiyyətində qalır.

Rejissor: Chris Columbus

Aktyorlar: Macaulay Culkin, Joe Pesci, Daniel Stern

2. "Red One" (2024)

IMDb: 6.9

Şaxta Baba qaçırıldıqda Şimal Qütbünün Təhlükəsizlik Rəisi dünyanın ən məşhur mükafat ovçusuyla bir araya gəlir.

Rejissor: Jake Kasdan

Aktyorlar: Dwayne Johnson, Chris Evans, Lucy Liu

3. "The Polar Express" (2004)

IMDb: 6.6

Bir oğlan sehrli bir macərada Şimal Qütbünə səyahət edir və dostluq, cəsarət və Yeni il ruhunu öyrənir.

Rejissor: Robert Zemeckis

Aktyorlar: Tom Hanks, Chris Coppola, Michael Jeter

4. "The Christmas Chronicles" (2018)

IMDb: 7

Kate və Teddy Şaxra Babaya dair görüntü çəkmək istəyərkən möcüzəli bir səyahətə çıxırlar.

Rejissor: Clay Kaytis

Aktyorlar: Kurt Russell, Darby Camp, Judah Lewis

5. "The Addams Family" (1991)

IMDb: 6.9

Əksentrik Addams ailəsi itmiş ailə üzvü olduğunu iddia edən bir dələduzun planları ilə qarşılaşır.

Rejissor: Barry Sonnenfeld

Aktyorlar: Anjelica Huston, Raul Julia, Christopher Lloyd


MƏNBƏ: Onedio

Tərcümə etdi : Xavər Məmmədli

Paylaş
Şərh əlavə et