Yerli rəhbərlər əhali artımı, sürətli inkişaf və qlobal istiləşmənin yaratdığı təzyiq fonunda təmiz və etibarlı su təminatını necə təmin edəcəkləri ilə bağlı ciddi bir sualla üzləşirlər. Artıq bir çox icmada su məhdudiyyətləri tətbiq olunur. Yerli su təchizatına düşən yükü azaltmaq və eyni zamanda pul qənaət etmək üçün evdə tətbiq edə biləcəyiniz bir neçə sadə addım var:
1. Dişlərinizi fırçaladığınız zaman kranı söndürün.
2. Paltaryuyan və qab yuyan maşını yalnız tam dolduğu zaman işə salın.
3. Aşağı axınlı duş başlığı və kran aeratorlarından istifadə edin.
4. Sızmaları təmir edin.
5. İkili yuyulma funksiyası olan və ya aşağı axınlı tualet quraşdırın və ya mövcud tualetinizə uyğun dəyişiklik dəsti əlavə edin.
6. Çəmənliyi həddindən artıq sulamayın, pik saatlarda suvarmadan çəkinin və suvarma sistemlərində yağış sensorları quraşdırın.
7. Açıq məkanlarda suvarma üçün yağış suyu toplamaq üçün çən quraşdırın.
8. Damınızdan, sürücüyolunuzdan və digər sərt səthlərdən yağış sularını toplamaq üçün yağış bağı yaradın.
9. Su istifadənizi su hesabından izləyin və yerli hökumətinizdən evdə su auditi aparmaq barədə məlumat alın.
10. Su qənaəti və effektivliyi ilə bağlı biliklərinizi qonşularınızla paylaşın.
Bu su qənaət tədbirləri yerli icmalarda su tələbinə böyük təsir göstərə bilər. Pul qənaət edərkən həm də yerli icmanıza qoşulmaq, su yollarını qorumaq (və onların istirahət üstünlüklərindən istifadəni davam etdirmək), eləcə də bəzi özünüz edə biləcəyiniz layihələrlə eviniz və ailənizlə daha yaxından tanış olmaq imkanı əldə edirsiniz.
Mənbə: American rivers
Tərcümə etdi: Aysu Salahova
