
İşıq elektromaqnit dalğalar şəklində hərəkət edən bir enerji formasıdır.
Elektromaqnit spektrində çoxlu dalğa formaları olsa da - məsələn, x-şüaları, radio dalğaları, mikro dalğalar və s. - işıq insan gözü ilə görünən yeganə elektromaqnit radiasiyasıdır.
İşıq günəş, işıq lampaları və elektron ekranlar kimi müxtəlif mənbələr tərəfindən istehsal olunur və ətrafdakı dünyanı qavramağımızda əsas rol oynayır.
Gözlərimiz fərdi dalğa uzunluqlarını fərqləndirmir, əksinə qırmızı, yaşıl və mavi işığa reaksiya verən reseptorları var.
Qavradığımız rənglər obyektlərin işığı necə əks etdirməsindən və ya udmasından asılıdır.
• İşıq bir obyektə dəydikdə, bəzi dalğa uzunluqları udulur, bəziləri isə əks olunur.
• Bizim rəng qavrayışımız əks olunan dalğa uzunluqlarının gözlərimizə çatmasından yaranır.
Məsələn, qırmızı alma uzun dalğa uzunluqlarını (~620–700 nm) əks etdirir və daha qısa və orta dalğa uzunluqlarını udur.
• Əks olunan işıq gözə daxil olur və tor qişada olan reseptorlar tərəfindən qəbul edilir.
• Bu siqnallar beyinə göndərilir və beynimiz bu dalğa uzunluqlarını təhlil edərək “qırmızı” qavrayışını yaradır.
İşıq mənbəyi rəng qavrayışına təsir göstərir.
• Əgər işıq mənbəyi müəyyən dalğa uzunluqlarını (məsələn, qırmızı) ehtiva etmirsə, həmin dalğa uzunluqlarını əks etdirən obyektlər öz adi rənglərində görünməyəcək.
Məsələn, mavi işıq altında qırmızı alma fərqli görünəcək, çünki əks etdirmək üçün qırmızı dalğa uzunluğu yoxdur.
İşıq, obyektlər və beynin interpretasiyası arasındakı bu qarşılıqlı əlaqə rəng qavrayışını maraqlı bir fenomen edir.
Mənbə: Data color
Tərcümə etdi: Aysu Salahova
