
Ev heyvanları minlərlə ildir insan həyatının bir hissəsi olmuşdur. Bəs siz heç düşünmüsünüzmü ki, insanlar qədim zamanlarda hansı heyvanları əhliləşdiriblər? Cavab düşündüyünüzdən daha maraqlı və təəccüblü ola bilər! Çünki keçmişdə insanlar öz qapılarını təkcə it və pişiklərə deyil, daha çox qeyri-adi canlılara da açıblar. Gəlin o canlılara birlikdə baxaq.
Ev heyvanları dedikdə ağıla ilk gələn varlıq təbii ki, pişiklərdir! Misirlilərin pişiklərə olan sevgisini izah etməyə ehtiyac yoxdur. Bu gün də pişiklər insan həyatında çox mühüm yer tutur. Qədim misirlilər bu heyvanlara təkcə dost kimi deyil, ilahi varlıqlar kimi baxırdılar.
Heyvanlara məhəbbət Qədim Romada kifayət qədər inkişaf etmişdi, lakin ən diqqətəlayiq hekayə imperator Kaliqulanın sevimli at İncitatusa böyük sədaqətidir. Kaliqula hətta İncitatu senator etməyi düşünürdü!
Kaliqula atı üçün mərmərdən tövlə tikdirərək, onu qiymətli daşlarla bəzədərək və ətrafını qulluqçuları ilə əhatə etməklə heyvanlara olan sevgisini həddindən artıq həddə çatdırmışdır.
Romalıların təkcə atlarla deyil, meymunlarla da yaşadığı da məlumdur. Bu meymunlar musiqi çalmaqdan tutmuş nizə atmağa qədər bir çox heyrətamiz şeylər edə bilirdilər.
Ancaq bu, tənqidlərə səbəb olub, çünki bir çox insanlar meymunları dəbdəbə simvolu kimi görürdülər.
Qədim yunan qadınlarının quşlara olan sevgisi ev heyvanlarının tarixində daha bir maraqlı məqamı təşkil edir. Ördəklər, qazlar və hətta toyuqlar evlərdə sərbəst gəzə bilirdilər və sahiblərinin sevgisini qazanırdılar.
Qədim Romada ilanlar hamilə qadınlar və körpələrlə yatmaq üçün kifayət qədər təhlükəsiz hesab olunurdu. Hətta sərin qalmaq üçün ilanları boyunlarına dolayanlar da olub.
Çində Hongwu İmperatoru dünyanın ilk balıq qabını düzəldib və qızıl balığı sarayına gətirib.
Avropada Kristofer Kolumbun gətirdiyi tutuquşular İspaniya kraliçası İzabellanı valeh edib. Kraliça hətta Amerikaya məktublar yazaraq daha çox quş istəyib.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
