Bu gün:

Atlantik və Sakit okeanlarında birləşən sular doğrudanmı bir-birinə qarışmır?


Dənizlərə və okeanlara baxdıqda, elə bil onların hamısı eyni su kütləsinin bir hissəsidir. Amma bəzi yerlərdə sərhədlər o qədər dəqiq görünür ki, bu sərhədlərə görə suların qarışmadığını düşünə bilərsiniz.

Bir çayın şirin suyunun duzlu okean suyu ilə qarışdığı yerdə aydın bir xəttin görünməsi kimi, okeanda fərqli temperaturda olan sular da belə bir ayrılma xətti yaradır. Xüsusilə, Atlantik və Sakit okeanlarını görünməz bir sərhədlə ayıran xətt sanki iki okean suyunun bir-birinə qarışmasına maneə törədir. Bəs bu necə baş verir?

Suların bir-birinə qarışmadığını göstərən bu görüntülər maraq doğursa da, bu vəziyyət dünyanın ekosistemi üçün böyük bir problem deməkdir. Qlobal istiləşmə okeanları daha durğun hala gətirir. Suların qarışması istiləşən səth sularını soyudan və dünyanın temperaturunu tarazlıqda saxlayan həyati mexanizmlərdən biridir. Qarışmayan sular isə istiləşərək atmosferdən daha az karbon qazı alır.

Okean sularının qarışmaması səthdə daha çox karbon qazının yığılması deməkdir. Bu da atmosferdə karbon çirkliliyini artıraraq daha çox qlobal istiləşməyə səbəb olur.

Atlantik və Sakit okeanların birləşmə nöqtəsi kimi tanınan və "Drake keçidi" olduğu deyilən məşhur videonu, yəqin ki, görmüsünüz. Yan-yana duran, lakin fərqli rənglərə sahib olan bu iki su kütləsini göstərən video əslində əriyən buzlaqlardan gələn açıq rəngli, çöküntülü şirin su ilə Alyaska körfəzindəki tünd rəngli duzlu suyun birləşməsini göstərir.

Hərçənd qarışmır kimi görünsə də, axınlar və dalğalar zamanla bu suları da bir-birinə qarışdırır. Buna görə də, Sakit və Atlantik okeanlarının sularının bir-birinə qarışmadığı iddiası əslində doğru deyil.

Okeanoloq professor Salli Warner bu barədə belə deyir: "Bu məsələni iki aspektdə nəzərdən keçirməliyik: səthdə nə baş verir, insanlar bu rəng fərqini və ya bulanıqlıq xəttini harada görürlər və səthin altında nə baş verir?"

Göstərilən video Drake keçidini əks etdirə bilər, amma dünyada baş verən başqa bir hadisəni də göstərə bilər. Okean sərhədləri temperaturu və duzluluğu müxtəlif olan nizamsız su kütlələridir. Uzaqdan baxdıqda çayın suyunun okeanla qarışması tamamilə fərqli görünə bilər.

Bəli, Atlantik və Sakit okeanların suları kimi, dünyanın digər suları da bir-birinə qarışır. Lakin bu qarışma olduqca yavaş və müəyyən bölgələrdə baş verir. Fərqli temperaturlara malik suların bu bölgələrdə birləşməsi belə bir xətt meydana gətirir.

Atlantik və Sakit okeanlar kimi müxtəlif suların özünəməxsus xüsusiyyətləri və ekosistemləri ilə fərqli kütlələr olduğunu qeyd etmək lazımdır. Bu suların qarışması isə əsasən okean və təbii atmosfer prosesləri ilə baş verir. Yəni, dünyada bir-birinə tamamilə qarışmayan bir su kütləsi yoxdur, qarışmasa da, bir-birinə təsir göstərməsi tədricən baş verir.

Mənbə: Evrim ağacı 

Tərcümə etdi: Fatimə Hüseynova


Paylaş
Şərh əlavə et