
Qəhvə bu gün sosial həyatın ayrılmaz hissəsidir. Halbuki Osmanlı dövründə qəhvə bir içkidən daha çox şeyi təmsil edirdi. Ona görə də bəzi dövrlərdə qadağan edilib, ictimaiyyətdən uzaqlaşdırılıb. Bəs, Osmanlı hökmdarları qəhvəni niyə təhlükəli hesab edirdilər və bu qadağa necə formalaşdı? Gəlin tarixin dərinliklərinə səyahət edək!
Qəhvə Osmanlı torpaqlarına 16-cı əsrin ortalarında gəlib və xalqın böyük marağına səbəb olub. Çayxanalar tez bir zamanda geniş yayıldı və ictimai həyatın mərkəzinə çevrildi. İnsanlar çayxanalarda təkcə kofe içmirdilər, həm də kitab oxuyub müzakirə edirdilər, nərd oynayar, meddah şoularına baxırdılar.
Amma bu yeni ictimai yer hakim sinif üçün ciddi təhlükə yaradırdı. Çayxanalar ilk dəfə 16-cı əsrdə Qanuni Süleyman dövründə qadağan edilib. Bunun əsas səbəbi çayxanaların insanları ibadət və iş kimi əsas vəzifələrdən yayındırması və ictimai nizamı pozması idi. Bundan başqa, çayxanaların siyasi qınaq yerinə çevrilməsi idarəçilərdə narahatlıq yaradıb. Osmanlı alimləri əvvəlcə qəhvəyə dini nöqteyi-nəzərdən baxmış və onu şərabla eyniləşdirərək şeytanlaşdırmağa çalışıblar. Qəhvənin də meyxanalar kimi insanların diqqətini ibadətdən yayındırdığı və ictimai pozulmalara səbəb olduğu iddia edilirdi. Lakin bu arqument ictimaiyyət arasında o qədər də inandırıcı görünməyib. Əsas məsələ o idi ki, çayxanalar ictimailəşmə və siyasi tənqid mərkəzlərinə çevrilmişdi. Karagöz-Hacivat kimi satirik pyeslərdə hökumətin tənqidi əyləncəli şəkildə ifadə edilirdi. Hətta çayxanalarda bəzi böyük üsyanların planlaşdırıldığı da qeydə alınıb. Qəhvə qadağası, IV. Muradın dövründə ən yüksək həddə çatıb. IV. Murad tütün və qəhvədən istifadəni qəti qadağan edib. Qəhvə içənlər ağır cərimələrə məruz qalarkən, çayxanalar tamamilə bağlanıb. Bu qadağaların əsası isə çayxanaların dövlət hakimiyyətini zəiflədən elementlər olması və xalqı bir araya gətirərək üsyana təkan verməsi idi.
Naima yazır ki, bu dövrdə çayxanalar “dövlət məmurlarının tənqid edildiyi, əsassız söz-söhbətlərin yayıldığı məkana çevrilib”. IV. Murad dövlət asayişini qorumaq üçün bu yerləri hədəfə alıb.
Mənbə: Onedio
Tərcümə etdi: Selcan İbişli
