Bu gün:

Qədim Misirdə niyə pişiklər ilahi varlıqlar hesab edilirdi?


Misir deyəndə ağlınıza nə gəlir? Piramidalar, Sfenks və ya Kleopatra? Onlar da əladır, amma ağlımıza gələn ilk şey pişiklərdir! 

Qədim misirlilərin pişiklərə heyranlığı tarixdə nadir rast gəlinən sevgi hekayəsidir. Əslində pişiklər o qədər müqəddəs idilər ki, onları qorumaq üçün hətta özlərini təhlükəyə atırdılar. Bəs, niyə?

Qədim Misirdə pişiklər yalnız ev heyvanları deyildi; onlar misirlilərin həyatında mərkəzi yer tuturdular. Əvvəlcə misirlilər pişikləri kənd təsərrüfatı məhsullarını qoruyan qəhrəmanlar kimi görürdülər.

Təxminən 10.000 il əvvəl vəhşi pişiklər siçan və ilan kimi zərərvericiləri ovlayaraq məhsulları qorumaq üçün fermalara gətirilib. Bu, misirlilərin pişik sevgisinin başlanğıc nöqtəsi idi.

Zaman keçdikcə pişiklər və insanlar arasında bir növ əlaqə yarandı. Pişiklər insanlar sayəsində asanlıqla qidaya çata bilir, insanlar da məhsullarını zərərvericilərdən qoruyurlar. Demək olar ki, hər Misir evində pişiklər var idi və onların mövcudluğu həm praktik, həm də mənəvi sülh mənbəyi idi.

Qədim Misirlilərin dini inanclarında pişiklər də mühüm rol oynayıb. Məsələn, ilahə Bastet yarı insan, yarı pişik şəklində təsvir edilmiş və evlərin qoruyucusu, qadınların dostu kimi tanınmışdır.

Üstəlik, pişik ilahələri təkcə Bastet ilə məhdudlaşmırdı. Mafdet kimi digər tanrıların pişiyə bənzər xüsusiyyətləri var idi və ədalət simvolu olaraq sitayiş edirdilər. Bu mənəvi bağ pişiklərə olan sevgini daha da dərinləşdirdi.

Misirlilərin pişiklərə olan sevgisi hətta onların müharibə strategiyalarına da təsir edib. Eramızdan əvvəl 525-ci ildə Fars kralı II Kambiz pişiklərə olan bu sədaqəti öz xeyrinə çevirdi. Fars əsgərləri qalxanlarına pişik fiqurları çəkərək əsl pişiklərlə döyüşə girmişdilər.

Misirlilər müqəddəs pişiklərə zərər verməmək üçün döyüşməkdən imtina etmiş və buna görə də məğlub olmuşdurlar. Hətta pişiklərə zərər vurmağın cəzası ölüm idi və pişik öləndə sahibləri qaşlarını qırxaraq yas tutardılar.

Pişiklər öldükdən sonra mumiyalanır və sahibləri ilə birlikdə basdırılırdı. Bütün bu təcrübələr misirlilərin pişik sevgisinin nə qədər dərin olduğunu göstərir.

Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et