Dünyanın müxtəlif guşələrində yerləşən arxeoloji tapıntılar, tariximizin bilinməyən tərəflərini ortaya çıxarmaqda mühüm rol oynayır. Bəzən bu tapıntılar qədim sivilizasiyaların məişətini, mədəniyyətini və inanclarını işıqlandıraraq bizi keçmişlə əlaqələndirir, bəzən isə hələ də bizə sirli və anlaşılmaz qalan suallar doğurur. Bu yazıda dünyanın qəribə və maraqlı arxeoloji tapıntılarından bəzilərini müzakirə edəcəyik.

Rozetta daşı
Eramızdan əvvəl 196-cı ilə aid olan Rozetta daşında, Ptolemey V-in bir fərmanını üç dildə yazılmışdı. 1799-cu ildə kəşf edilən bu daş, müasir dövrdə tapılan ilk qədim Misir ikidilli mətnini təşkil edirdi. Əvvəlcə bu dil şifrəni açmaq mümkün deyildi və belə bir ikidilli tapıntı, hiyeroglifləri başa düşməyə başlamağımıza imkan verdi. Artıq Rosetta Daşının kəşfi sayəsində, qədim Misir hereqrifləri ilə yazılmış demək olar ki, hər hansı bir əşyanı tərcümə edə bilirik.

Altamira mağarası
Altamira mağarası, arxeologiya və antropologiya sahələrinin birləşərək gözəl bir hekayə anlatdığı maraqlı bir nümunədir. İspaniya mağarası, məməli heyvanlar və insan əllərinin prehistorik rəsm və şəkillərini ehtiva edir və 1880-ci ildə kəşf edildikdə, bu cür tapıntının ilk nümunəsi idi.

Pasxa adası Moai
Arxeoloqlar Sakit okeanında yerləşən, Çiliyə aid Polineziya adası olan Pasxada 887 iri heykəl qeydə alıblar. Bu heykəllər Moai kimi tanınır və 1250 ilə 1500 illər arasında Rapa Nui xalqına hörmət olaraq yaradılıb.
Moai heykəllərinin maraqlı tərəfi isə onların adada daşınması üçün lazım olan çətinliklərdir. Rapa Nui xalqının əfsanələrində, bu heykəllərin yerə hərəkət etməsi üçün ilahi güc istifadə edildiyindən bəhs edilir.
Mənbə: Complete University Guide
Tərcümə etdi: Arzu Qafarova
