
Böyük Britaniyada dağ gəzintiləri zamanı pulsuz sığınacaq tapmaq mümkündür –"bothy" adlanan bu yerlər hər kəs üçün açıqdır və əvvəlcədən yer sifariş edilə bilmir. Onlar əsasən keçmişdə çobanların, fəhlələrin yaşadığı, sonradan tərk edilmiş binalardır.
1965-ci ildə yaradılmış Mountain Bothy Association (MBA) tərəfindən qorunan 100-dən çox bothy var. Şotlandiya , Uels və Şimali İngiltərənin ucqar yerlərində yerləşən bu sığınacaqlar sadədir: elektrik, su və rahat ayaqyolu sistemi yoxdur. Amma yağış və küləyə davamlıdır , odun sobası olanları da var.
Bothy-ləri tapmaq həmişə asan deyil. Mobil şəbəkənin olmaması və tikililərin ucqar yerlərdə yerləşməsi bu işi çətinləşdirir. Lakin tapdığınız anda sizi gözləyən təcrübə unudulmazdır. Hər sığınacağın öz tarixi və unikal mühiti var.
Bothy-lər tamamilə könüllülər tərəfindən saxlanılır. Onların təmiri və təmizliyi üçün xüsusi işçi qrupları təşkil edilir. MBA gələcəkdə iki yeni bothy açmağı planlaşdırır.
Bothy-lərdə vaxt keçirib fərqli təcrübə yaşamaq bu məkanları cazibədar edir.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Xavər Məmmədli
