
MasterChef Türkiyə yarışmasının "eleme"(yarımfinal) oyununda iştirakçılar münsiflər heyətindəki şeflərin imza yeməklərini hazırlayaraq mərhələni keçməyə çalışıblar. İkinci hissədə Mehmet Şefin təqdim etdiyi üç fərqli imza yeməyində də simit və ya ət üzərinə qarnitürlərin yerləşdirilməsi izləyicilər nəzərindən qaçmayıb və təbii olaraq, müzakirələrə səbəb olub. Mehmet Şefin yeməklərinin eyni üslubda olması sosial mediada müxtəlif reaksiyalar yaradıb. Yemək vizuallarına baxıldıqda isə izləyicilərin bu tənqidlərdə haqsız olmadığı aydın olur.

Yarışmanın bu mərhələsində iştirakçılar münsiflərin imza yeməklərini təkrarlayaraq mərhələni keçməyə çalışırlar. Son imza yeməyi isə Mehmet Şefə aid idi. O, "Duxelle Pirzola" adlı yeməyini təqdim edib.

Lakin bu yemək Mehmet Şefin daha əvvəl hazırladığı digər imza yeməkləri ilə bənzətmə yaradıb. Əsasən, bir baza üzərində qarnitürlər yerləşdirərək hazırlanan bu üslub artıq izləyicilər üçün şefin standart yanaşması kimi tanınır. "Duxelle Pirzola" ilə artıq üçüncü dəfə eyni tərzdə yemək təqdim edən Mehmet Şef tamaşaçılardan "təkrarçılıq" tənqidi alıb.
Mənbə:ONEDİO
Tərcümə etdi:Xavər Məmmədli
